Tətilinizi sağlam keçirmək istəyirsinizsə, təyyarədə bunlara diqqət edin
Bizi izləyin

Maraq dünyası

Tətilinizi sağlam keçirmək istəyirsinizsə, təyyarədə bunlara diqqət edin

Tətilinizi sağlam keçirmək istəyirsinizsə, təyyarədə bunlara diqqət edin

Tətilə gedərkən müxtəlif nəqliyyat üsullarından istifadə edirik. Ən çox istifadə olunan nəqliyyat vasitələrindən biri də təyyarədir. Təyyarədən istifadə edərkən uçuş bələdçiləri tərəfindən tövsiyə edilən və edilməyən qaydalar var. Publika.az-ın təqdim etdiyi bu tövsiyələrə əməl etsəniz, tətil vaxtı sağlamlığınızla bağlı hər hansı problem yaşamazsınız.

Öz yeməkləriniz olsun

İmmunitet sistemini gücləndirmək üçün sağlam bir qida mütləqdir. Ona görə də, təyyarədə verilən yeməklərdən imtina etməniz daha məqsədəuyğundur. Çalışın özünüzlə evdən yemək götürün. Xüsusilə meyvə-tərəvəz, süd məhsulları ilə qidalanma məqsədəuyğunudur. Hətta səfər edəcəyiniz gün pəhriz saxlasanız, əmin olun ki, tətildə heç bir problemlə qarşılaşmayacaqsınız.

Ayaq yolundan istifadə etməyin

Ən azı 100 nəfərin istifadə etdiyi iki-üç ayaq yolu virus mənbəyidir. Doğrudur ki, hər uçuş zamanı ayaq yolu təmizlənir. Lakin istifadə olunmaması arzuolunandır. Bunun əvəzinə uçuşdan əvvəl və ya sonra tualetə gedin. Əgər səfər edəcəyiniz yol uzundursa, səthləri dezinfeksiya etmək üçün özünüzlə dezinfeksiyaedici salfetlər götürün.

Həmişə ayaqqabılarınızı geyinin

Ayaqqabılarınızı yalnız təhlükəsizlik yoxlamasında çıxarın. Çünki bu məcburidir. Digər hallarda onları geyinin. Təyyarədə ayaqyalın gəzmək sizin sağlamlığınız üçün ziyandır.

Əllərinizi yumağı unutmayın

Sağlam qalmağın ən sadə və ən təsirli yolu əslində təmizlik və yuyunmaqdır. Xüsusən də əlləriniz təmiz olmalıdır. Xeyli insanın olduğu təyyarədə əllərimiz, istəsək də, istəməsəkdə, müəyyən əşyalara toxunur. Ona görə də əli yumaq lazımdır. Bu mümkün olmadıqda, əl təmizləyicilərindən istifadə edin.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm