Maraq dünyası
ABŞ-ın 400 milyarderinin siyahısına daxil olan türkiyəli cütlük: Paxlava satırdı
"Forbes" jurnalının açıqladığı ABŞ-ın 400 nəfərlik ən zəngin şəxslərinin siyahısına 18 yeni milyarder daxil edilib.
Publika.az "CNN Türk" kanalına istinadən xəbər verir ki, dünyanın ən varlı adamlarının sərvətlərini izləyən "Forbes" dünən ABŞ-ın 400 ən zəngin adamını açıqlayıb. Bu il İlon Mask 251 milyard dollarla ümumi sərvəti 4,5 trilyon dollar olan zənginlər siyahısında birinci yeri tutub. Maskdan sonra 160 milyard dollarla “Amazon”un sahibi Ceff Bezos, üçüncü yeri isə 158 milyard dollarla “Oracle”ın sahibi Larri Ellison tutub.
ABŞ-ın ən zəngin 10 adamının ümumi sərvəti 1,3 trilyon dolları ötüb. Yalnız ilk 10-luqda olan İlon Mask, Mark Zukerberq və Bill Qeyts kimi texnologiya milyarderləri sərvətlərini keçən illə müqayisədə 300 milyard dollar artırıblar.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın olmadığı siyahıya bu il 18 yeni milyarder qoşulub. Bu insanlar arasında ən çox diqqət çəkən məşhur basketbolçu Maykl Cordan olub. NBA-nın keçmiş ulduzu 60 yaşlı Cordan 3 milyard dollar sərvəti ilə siyahıda 379-cu yerdədir.
18 yeni milyarderin siyahısında digər diqqətçəkən ad vençur kapitalı firması "Thrive Capital"ın qurucusu və idarəedici tərəfdaşı Coş Kuşner olub. 38 yaşlı Kuşner daşınmaz əmlak maqnatı Çarlz Kuşnerin oğlu və Trampın kürəkəni Jared Kuşnerin qardaşıdır.
Ən zəngin 400-lük siyahısında digər diqqət çəkən ad isə Özmen cütlüyü olub. "Sierra Nevada Corporation"-ın sahibi Özmen 3,4 milyard dollarlıq sərvəti ilə siyahıda 338-ci, şirkətin CEO-su olan həyat yoldaşı Fatih Özmen isə 3,3 milyard dollar sərvəti ilə 345-ci yerdə qərarlaşıb.
Bildirilir ki, Eren Özmen və həyat yoldaşı Fatih Özmen 1994-cü ildə "Sierra Nevada Corporation"-ı satın alıblar. "Forbes" Özmen haqqında bunları deyib: “Universitetə başlayanda ofisdə təmizlik işləri aparır, paxlava satırdı. İndi isə o, gələn il uçuş zolağına enə bilən yeganə kosmik gəmi "Dream Chaser"-i buraxmağa hazırlaşır.
Mehti Kamiloğlu
-
Magazin106:16Nəsrinin serialı bu tarixdə başlayır
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO


































.jpg)


