Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
Bizi izləyin

Maraq dünyası

Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto

Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto

Çində kiçik yırtıcı dinozavrları xatırladan dişləri və güclü qamarlayıcı caynağı olan qədim bir quşun qalıqları aşkarlanıb.

Publika.az xəbər verir ki, dinozavrı xatırladan quşun qısa ayaqları heyvanın quruda həyat tərzi keçirməsini və uçmaq qabiliyyətinin az olmasını göstərib. Bu kəşf quşların təkamülünün erkən mərhələlərinin müxtəlifliyini nümayiş etdirib. Tədqiqat "Nature" jurnalında dərc edilib.

Yeni növ Çinin cənub-şərqindəki Fujian əyalətində aşkar edilib. O, təxminən 150-148 milyon il əvvəl, Yura dövrünün sonlarında yaşayıb. Tədqiqat Çin Elmlər Akademiyasının Onurğalılar Paleontologiyası və Paleoantropologiyası İnstitutunun mütəxəssisləri və Fujian geoloqları tərəfindən aparılıb.

Qədim heyvan müxtəlif təkamül qruplarının xüsusiyyətlərini özündə birləşdirib. Çanaq və arxa ətrafların quruluşu erkən quşlara bənzəyib. Lakin, çənədə dişlər bir-birinə sıx şəkildə otururmuş. Onun ikinci barmağı isə kəskin şəkildə yuxarıya doğru əyilmiş və oraq formalı olub, caynaq kimi istifadə edilib. Oxşar xüsusiyyətlət bəzi yırtıcı dinozavrlar üçün də xarakterikdir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm