Maraq dünyası
Sevgilisi olmayanlar 14 fevralı necə rahat keçirsin?
14 fevral təkcə sevgili cütlüklərin yox, tənha insanların da psixoloji çətin günüdür. Bir qismində problem hədiyyə və sevgi etirafı, digərində isə bu günü maksimum psixoloji travmasız və rahat keçirmək problemi.
Publika.az xəbər verir ki, kişilərin xüsusilə çətin keçirdiyi 14 fevral Valentin günü ilə bağlı psixoloq, seksoloq Veronika Feldblyum məsləhətlər verib.
“Bu günə təkcə tənha insanlar nifrət etmir, bir çox evli qadınlar və kişilər də pis keçirir. Çünki nikahda olanların çoxu bu gün tək və hədiyyəsiz qala bilir.
Çünki gənclik illərindən Valentin günü sosial özünü təsdiq, uğur və tələbatın göstəricisi kimi qəbul olunub.
İndi isə sosial şəbəkə, instagram, reklamların sayəsində populyarlaşıb və romantik sürpriz, bahalı hədiyyələr, göstərişlər, xərclər, videolarla çox zərərli davranış stereotipləri yaradıb.
Tənha insan düşünür: bu bayramda da təkəmsə, hədiyyəsiz qaldımsa, deməli,mən lazımsızam, məndə nəsə çatmır, mən yaxşı deyiləm. Uğurlu olmaq məhz kiminləsə romantik münasibətdə olmaq, hədiyyə almaq deməkdir.
İkinci yarın, sevgilin, aşiqin heç vaxt sənin şəxsiyyətini xarakterizə etmir, heç vaxt uğur simvolun ola bilməz.
Cəmiyyət xatirinə, sosial dəyər xatirinə münasibət saxlamayın.
Bu sizin dəyərli insanla görüşmək şansınızı oğurlayır, yalançı münasibət sizin vaxtınızı alır.
Sevgililər günü həmişə unutduğunuz, təxirə saldığınız, dəyər vermədiyiniz bir insana sevginizi etiraf edin, ona aşiq olun və ona hədiyyə alın: Bu adam sən özünsən.
Bu günü özümü sevmək, özünə sevgi günü adlandırın.
Özünüzə çoxdandır istədiyiniz bir hədiyyə alın, gözəllik salonuna, kinoya gedin, ailə üzvlərinizə baş çəkin, heyvanları yedizdirin, kimlərisə sevindirin, restorana gedin, konsertə gedin.
Əgər təkcə 14 fevralda yox, hər gün tənhasızsa, münasibətiniz yoxdur və ya olsa da, ürəyinizcə deyilsə, deməli siz həyatınızın ən vacib şəxsi – özünlə münasibəti qura bilməmisən”.(Medicina.az)
-
Avropa21 İyun 22:58Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq
-
İdman21 İyun 21:40Rəsmən təsdiqləndi: Ronaldo bu klubun sahibi oldu
-
ABŞ21 İyun 21:26Biz amerikalıların təhdidlərini heç sayırıq - Qalibaf
-
Hadisə21 İyun 20:46Tovuzda dəhşətli qəza - Yaralılar var
-
ABŞ21 İyun 19:13Starmer çox yaxında istefa verəcək - Tramp
-
Hadisə21 İyun 18:48Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - Video
-
Ekopublika.az21 İyun 18:24Yumurtanın kəskin ucuzlaşması qıtlığa səbəb oldu - Video
-
ABŞ21 İyun 17:10İran və ABŞ bu mühüm məsələdə razılığa gəldi













.jpg)





















