Maraq dünyası
Bu xəstəlik qızılca ilə səhv salınır
Daha çox uşaqlar arasında yayılan və adına az rast gəlinən infeksion xəstəliklərdən biri skarlatina xəstəliyidir.
Publika.az xəbər verir ki, infeksion xəstəlik səbəbindən xırda səpkilər üzdən başlayaraq bütün bədənə - boğaza, qollara, qarın nahiyəsinə, ayaqlara yayılır. Ağız və burun ətrafı istisna olmaqla bütün bədəndə qırmızı səpkilər yaranır.
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 39 nömrəli Şəhər Poliklinikasının həkim-infeksionisti İlhamə Şirinovanın sözlərinə görə, skarlatina ən çox 3-7 yaşlı uşaqlar arasında rast gəlinən A qrup hemolitik streptakok (boğaz, burun və dəridə yaşayan bakteriyalar) tərəfindən törədilən yoluxucu xəstəlikdir:
“Xəstəliyin əsas əlamətləri bədən hərarətinin kəskin artması (temperatur 38-39 dərəcəyədək yüksəlir), halsızlıq, boğaz və baş ağrısı, boyunda olan limfa düyünlərinin böyüməsi və ağrılı olması, mütəmadi qusmalardır. Skarlatina xəstəliyinin başladığı ilk və ikinci gündən etibarən dəridə parlaq qırmızı səpkilər müşahidə olunur. Xəstəliyi keçirən şəxslərdə davamlı immunitet formalaşır”.
İ. Şirinova qeyd edir ki, çox zaman insanlar oxşar əlamətlərinə görə, skarlatina və qızılca xəstəliyini səhv salırlar:
“Çünki hər iki infeksion xəstəlik məhz yoluxmuş şəxslərin asqırması, öskürməsi zamanı yayılan damcı ilə və xəstə insanla təmasda olmaqla yayılır. Qızılca xəstəliyi zamanı səpkilər xəstəliyin 4-5-ci günündə üzdən başlayır və mərhələli şəkildə bədən səthinə yayılır. Skarlatina xəstəliyi zamanı isə səpkilər xəstəliyin 1-2-ci günlərindən etibarən döş qəfəsindən başlayaraq dəriyə yayılır. Səpkilər 2-5 gün davam etdikdən sonra solmağa başlayır. Qızılcadan fərqli olaraq skarlatinada xəstəliyin 4-cü günündə parlaq qırmızı moruğa bənzər dil əmələ gəlir. Xəstəliyin sonunda əl və ayaq dərisində dəri soyulması müşahidə olunur”.
Həkim-infeksionist vurğulayıb ki, skarlatinanın müalicəsi isə mütləq şəkildə həkim təyinatına uyğun aparılmalıdır. O qeyd edib ki, əks halda, özbaşına edilən hər müalicə üsulu faydasız və hətta zərərli ola bilər:
“Skarlatina xəsətliyinin müalicəsi antibiotiklər, hərarətsalıcı preparatlar, boğaz məhlulları ilə aparılır. Boğaz məhlulları ilə mütəmadi olaraq qarqara etmək, bol maye və vitaminli qidaların qəbulu xəstəliyin müalicəsi və profilaktikası üçün vacib amildir. Bunlarla yanaşı, mütləq şəkildə gigiyena qaydalarına əməl olunmalı, yeməkdən əvvəl əllər yaxşı yuyulmalıdır. Asqırma və öskürmə zamanı ağzı əllə və ya salfet / dəsmalla tutmaq lazımdır”.
Həkim-infeksionist xüsusi olaraq vurğulayır ki, antibiotik və digər dərman preparatlarının istifadəsi mütləq şəkildə həkim təyinatı ilə aparılmalıdır. Çünki yanaşı xəstəliyi olan şəxslər üçün antibiotiklərin qəbulu sonrakı mərhələdə ciddi fəsadlar törədə bilir.(Qafqazinfo.az)
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO















.jpg)






















