Maraq dünyası
Bu 3 bürcün cazibəsinə doymaq olmur
Astroloqlar bu dəfə davranışları, üslubu ilə hər kəsi özünə heyran edən bürclər haqda araşdırma aparıblar. İnsanlar arasında təsir edici bir duruşa və danışıq tərzinə sahib olan bu bürclər ətraflarına müsbət təsir edərək, həmsöhbətlərinə isti və anlayışla yanaşırlar.
Publika.az ən kübar bürcləri təqdim edir:
ƏKİZLƏR
Sadəlövh və nəzakətli bir bürc olan Əkizlər insanlara necə davranmaq lazım olduğunu çox yaxşı bilir. Kimə nəyi, necə formada demək lazımdırsa, Əkizlər bürcü bu işin öhdəsindən asanlıqla gəlir. Hətta ən çətin və mürəkkib bir məsələni belə bu bürcün nümayəndələri çox sadə bir üslubda izah edir. Ünsiyyətcil olmaları və sadalanan digər xüsusiyyətlər insanları Əkizlər bürcünə cəlb edir. Onlar auralarının gücünü işə salmağı yaxşı bilirlər. Əkizlərin şirin dili hətta ilanı da yuvasından çıxarır.
TƏRƏZİ
Bu bürcün nümayəndələri özünəməxsus üslubu ilə seçilir. Zərif danışıq tərzləri həyatdakı bütün anlarda onların köməyinə çatan vacib amildir. Tərəzilər həm də bütün situasiyalarda sakit, təmkinli davrandıqları üçün onların bu duruşu insanlarda təəccüb yaradır. Bu səbəbdən həmin bürcün nümayənləri ətrafdakıları özünə heyran buraxır və diqqət çəkməyi bacarırlar. Tərəzi bürcləri doğulduğu andan etibarən cəzbedici enerjiyə sahib olduqları üçün əlavə güc sərf etməyə ehtiyac qalmır. Bir-iki kəlmə danışmaq belə bəzən onlar haqda müsbət düşünməyə bəs edir.
DOLÇA
Hava ünsürünə aid olan bürclərdən biri də Dolçadır. Bu bürcün nümayəndələri xarizmatik duruşları sayəsində həyata 1:0 öndə başlayıb. Adətən, bütün çətin məqamlarda vəziyyəti xilas etməyi bacaran Dolçalar insanlara qarşı öz düşüncə tərzlərini və hədəflərini həlim bir dillə təqdim etdiyi üçün, bu nüans ətrafdakılarda xüsusi bir maraq oyadır. Hər kəs bu bürcün həyatına daxil olub, onun yaşamını yaxından izləmək istəyir. Ancaq dolçalar hamıya səmimi görünsələr də, tamamilə bağımsız və dik duruşları ilə hər kəsin fikrindən uzaqda sakit bir həyat sürməyə üstünlük verirlər. Elə bu kimi səbəblər də insanlarda onlara qarşı heyranlıq yaradır. (Yenisabah.az)
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin223 Sentyabr 12:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı








































