Maraq dünyası
5 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
Cənubi Afrikada dünyanın sonu ilə bağlı uğursuz proqnozları ilə tanınan pastor (protestant kilsəsində dini icmaya rəhbərlik edən) Coşua Mlakela bəşəriyyətin “göyə yüksələcəyi” (və yaxud "yox olacağı") yeni tarixi açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Express” məlumat yayıb.
Mlakela iddia edib ki, yeni tarixi ona Tanrı və İsa Məsihin göründüyü görüntülərdən sonra məlum olub. Pastorun sözlərinə görə, xristianların bir qisminin Böyük Məşəqqət dövründən əvvəl möminlərin göyə yüksəlməsi ilə əlaqələndirdiyi hadisə 12-13 oktyabr 2026-cı ildə baş verəcək. O, bu tarixlərin “sonuncu” olduğunu və daha heç bir dəyişiklik gözləmədiyini bildirib.
Pastor daha əvvəl “göyə yüksəlmə”nin 23 sentyabr 2025-ci ildə baş verəcəyini proqnozlaşdırmışdı. Onun ardıcıllarından bəziləri bu proqnoza o qədər inanmışdı ki, evlərini və avtomobillərini satmış, hətta işdən çıxanlar da olmuşdu. Proqnoz özünü doğrultmadıqdan sonra Mlakela bildirib ki, Tanrı insanların tövbə etməsi üçün Qiyamət gününü təxirə salıb.
İndi isə pastor əvvəlki səhvini təqvim fərqi ilə izah edir. O, yeni tarixi yəhudilərin Roş ha-Şana bayramı ilə əlaqələndirərək, hadisənin əsl tarixinin sentyabr deyil, oktyabr olduğunu iddia edib.
Qeyd edək ki, milyarder Piter Til də yaxın zamanda dünyanın sonunun gələcəyini proqnozlaşdırıb. O, Antixristin (Dəccal) artıq insanlar arasında olduğunu bildirib. Onun fikrincə, texnologiyaların inkişafının məhdudlaşdırılması cəhdləri Armageddonun (dünyanın sonu) gəlişini daha da sürətləndirir.
Müəllif: Adəm
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib



































.jpg)
.jpg)