Maraq dünyası
Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
1972-ci ildə Aya səfər etmiş amerikalı astronavt Çarlz Dyuk UNO-ların (naməlum uçan obyektlərin) yadplanetlilərlə əlaqəsi olmadığını, onların şeytan tərəfindən göndərilən demonik ruhlar olduğunu iddia edib.
Publika.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.
91 yaşlı keçmiş astronavtın fikrincə, səmada görünən sirli obyektlər uzaq qalaktikalardan gələn qonaqlar deyil, sanki Bibliya səhifələrindən çıxmış qorxulu qüvvələrdir. Dyuk bu fikrini əsaslandırmaq üçün Əhdi-Cədidin Korinflilərə ikinci məktubuna istinad edib. Həmin mətndə “Şeytanın özünü nur mələyi cildinə saldığı” bildirilir.
Keçmiş astronavt hesab edir ki, UNO-ların məqsədi insanları həqiqətdən uzaqlaşdırmaq və onların əfsanəvi yadplanetlilərin axtarışına mane olmaqdır.
“UNO-lar bizi həqiqətdən yayındırmağa çalışır. Onlar demonik təbiətə malikdirlər”, - Dyuk bildirib.
O, uzun illərdir bu qənaətdə olduğunu deyib. Dyukun sözlərinə görə, bir dəfə bu məsələdə Tanrıdan ona işarə verməsini istəyib. O, UNO-lar haqqında əvvəllər heç vaxt danışmayan dostunun səhər yeməyi zamanı məhz bu mövzunu açması üçün dua edib. Ertəsi gün dostunun həqiqətən də UNO-lardan danışmağa başlamasını Dyuk öz fikirlərinin təsdiqi kimi qəbul edib.
Qeyd edək ki, Çarlz Dyuk 1972-ci ildə “Apollon-16” missiyasının tərkibində Aya gedib. Daha sonra NASA-dan ayrılan astronavt 1970-ci illərin sonlarından etibarən həyatını xristianlığa həsr edib. “Daily Star”ın yazdığına görə, Dyuk astronavt karyerası ərzində heç vaxt UNO ilə qarşılaşmadığını da etiraf edib.
Müəllif: Adəm
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?

















.jpg)

.jpg)




















