Maraq dünyası
Blogerin toyqabağı məclisi faciə ilə bitdi: 2 ölü, 18 yaralı - Özü isə axtarışa verildi
Pakistanda məşhur yerli bloger Ansar Cattın (Mister Patlu) toyqabağı məclisində baş verən izdiham nəticəsində iki nəfər ölüb, 18 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, bloger məclis iştirakçıları arasında avtomobil, 50 motosiklet və hər biri 180 dollar olmaqla 50 pul mükafatının oynanılacağını elan edib. Təşkilatçılar əvvəlcə giriş qapısını bağlayıb, daha sonra qəfil açıb və bu, izdihama səbəb olub. Hadisə yerində 5 mindən çox insanın toplandığı qeyd edilib.
Sialkot rəsmiləri təhlükəsizlik qaydalarını və tədbirin keçirilməsi üçün verilən icazə şərtlərini pozmaqda şübhəli bilinən 9 nəfərə, o cümlədən Catta və şəxsiyyəti müəyyənləşdirilməyən 40-45 mühafizəçiyə qarşı ittiham irəli sürüblər.
Polis tərəfindən 6 şübhəli saxlanılıb, hadisədən sonra qaçan Mister Patlunun axtarışları davam edir.
Hazırda axtarışda olan bloger sosial şəbəkədə paylaşdığı videoda ağlayaraq faciədən sonra özünü tamamilə tək və köməksiz hiss etdiyini bildirib.(Axşam.az)
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

