İnanc
Bakı sakinləri Milli Sevgililər günü haqqında nə bilir?
“ACT Azərbaycan” 19 aprel - 1 may tarixlərində Bakı şəhərində sakinlərə "Milli Sevgililər günü barədə məlumatlısınızmı?" sualı ilə müraciət edib.
Publika.az “ACT Azərbaycan”-nın apardığı sorğu nəticələrini təqdim edir.
Bakı sakinləri Milli Sevgililər günü barədə məlumatlıdırmı?
Rəyi öyrənilmiş respondentlərin böyük əksəriyyəti (83 %) Azərbaycanda Milli Sevgililər günü keçirildiyindən xəbərdardır. Amma bu tarix haqda ilk dəfə eşidənlər də az deyil (17 %).
Qadınların 89 %-i bu gün haqda məlumatlı olsa da, rəyi öyrənilmiş kişilərin beşdə biri (22 %) Milli Sevgililər günü barədə ilk dəfə bizdən eşitdiyini etiraf edib.
Sevgililərin günü barədə ən çox məlumatlı olanlar isə 45-54 yaş aralığında olan respondentlərdir (90 %).
Qeyd edək ki, bundan öncə “Müqəddəs Valentin gününü qeyd edirsinizmi ?” mövzusunda apardığımız sorğu nəticələrində 9 % respondent 14 fevral gününü Sevgililər günü olaraq qəbul etmədiyini, əvəzində 30 iyun Milli Sevgililər gününü qeyd etdiyini bildirmişdir.

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
Məlumat üçün bildirək ki, 30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Onların toy günü - 30 iyun 2003-cü ildən bəri Azərbaycanda Milli Sevgililər günü kimi qeyd olunur.
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO














.jpg)





















