İnanc
Keçmiş sevgililərlə bağlı ŞOKEDİCİ FAKTLAR: sən demə...
“Sən daha yaxşısına layiqsən, təklif edirəm ki, dost qalaq”.
Yəqin ki, bu cümləni sevgilisindən ayrılan çox adam eşidib. Bu suala çoxları "yox" cavabını versə də, bir vaxtlar dərin hisslər bəslədiyi insanın dost qalmaq təklifinə razı olanlar da az deyil.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, psixoloqlar keşmiş sevgililərin münasibətlərini dost kimi davam etdirməsi barədə apardığı araşdırmalar nəticəsində kifayət qədər şokedici qənaətə gəlib.
Ouklend Universitetinin alimlərinin apardığı tədqiqat göstərib ki, insanın keçmiş münasibətləri saxlamaq istəyi və narsisizm (Narsisizm - xudbinlikdən irəli gələn, özünə vurğunluq, insanın özünə aşiq olması, öz-özünə səcdə etməsi mənasına gələn ruhi sarsıntı, xəstəlik anlayışıdır) bir-biri ilə birbaşa əlaqəlidir. Başqa sözlə desək, öz keçmiş sevgilisi ilə dost qalan insanlar psixopat və narsistdir.
Psixoloqlar iddia edib ki, adətən belə adamları praktik və ya seksual təxəyyüllər idarə edir. Yəni onlar əslində "dost qalmaq istəmir, sadəcə olaraq keçmiş sevgililərini bu üsulla nəzarətdə saxlamaq, manipulyasiya etmək və ya öz qərəzli məqsədləri üçün istifadə etmək istəyirlər. Tədqiqatda deyilir ki, belə dostluq münasibətləri əvvəlki kimi qalır və istənilən resurslarının mübadiləsini davam etdirməyə imkan verir.
Narsistlər də keçmişlə yaşayırlar, çünki onlar tərk edildiklərini, habelə sevdiyi insanı itirməklə bağlı hisslərə nifrət edirlər. İnsanı öz ünsiyyət dairəsində saxlamaqla, onlar sanki "qazandıqlarını" hiss edirlər.
Narsistlər də, psixopatlar da keçmiş sevgililərinin başqa biri ilə xoşbəxt olması fikrini qəbul edə bilmir. Nəticədə belə insanlar keçmiş münasibətləri saxlamağa çalışır.
Buna görə də bir çox psixoloqlar ayrıldıqdan sonra keçmiş sevgili ilə bütün münasibətləri kəsməyi məsləhət görür. Dost qalmaq yaxşı ideya deyil, öz psixi sağlamlığını qoruyun.
Aytən
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO
-
Avropa18:00Ukrayna səfiri XİN-ə çağırıldı - Türkiyə etiraz və xəbərdarlıq etdi
-
Hadisə17:42Rəis generalın qızına görə işdən azad edildi - FOTO
























.webp)








.jpg)

.jpg)