İnanc
Müsəlman ölkəsində əli çantalı TANRILAR: İNANILMAZ SİRR - FOTO/VİDEO
Bu gün bütün dünya alimlərini bir sual düşündürür. Necə olur ki, əlində çanta tutmuş tanrı təsvirlərinə dünyanın hər nöqtəsində, həmçinin mezoamerika sivilizasiyasında rast gəlinir?
Publika.az xəbər verir ki, qədim tanrıların bu tip heykəlləri, qaya üzərində oyma təsvirləri Amerikadan tutmuş Türkiyə ərazisində yerləşən Göbəkli Təpə məbədinədək bir çox məntəqələrdə var.
Dünya sivilizasiyasının beşiyi sayılan Mesopotamiyada da, bu səpkili tapıntılara rast gəlmək olur. Qədim şumerlər öz tanrıları hesab etdikləri annunakları “qol saatı” və qəribə “əl çantası” ilə təsvir edirdilər.
Ən maraqlısı odur ki, Mesopotamiyadan min kilometrlərlə uzaqda yerləşən Şimali və Cənubi Amerikada yaşamış mayyalar, asteklər və digər keçmiş sivilizasiyalar da öz tanrılarını bu motivlər əsasında təsvir etmişdilər.
İndi isə Qədim Misirə nəzər salaq: eni mövzu, eyni təsvir və
yenə də, əllərində çanta tutmuş tanrılar.
Bəs bu qədim sivilizasiyaların mədəniyyət nümunələrinin hamısında
niyə çantalı tanrılar təsvir edilib? Bu əşya nəyin rəmzidir? Bəlkə
elə bu qədim xalqların tanrıları eyni olub? Şumer tanrıları olan
annunakların siması saqqala örtülü olduğu üçün onlar digər
təsvirdəki tanrılardan fərqlənirlər. Buradan belə nəticəyə gəlmək
olur ki, müxtəlif sivilizasiyalarda sitayiş edilən tanrılar da
fərqli idi.
Bu tip təsvirlərə eyni zamanda Meksikada da rast gəlinir.
Türkiyənin cənubunda yerləşən Göbəkli Təpə ərazisində də çantalı
tanrıların təsvirləri əks olunub. Göbəkli Təpə Yer planetinin ən
qədim məbədlərindən biri bəlkə də birincisidir. Burada üzük
şəkilində inşa edilmiş daş sütunlar qədim dünyanı idarə edən
sivilizasiyaların canlı şahidləridir.
Daşların üzərindəki təsvirlərin 12 min il öncə ovçular tərəfindən
həkk edildiyi təxmin olunur.
Bütün bu əraziləri uzun illərdən bəri tədqiq edən tarixçilər və arxeoloqlar hələ də, məsələnin kökünü anlaya bilmirlər. Niyə məhz çanta? Onların bir fərziyyəsi var: yəqin ki, bu əşya tanrıların Yer planetinə digər qalaktikalardan gəlməklərini simvolizə edir. Araşdırmaya dair dəqiq cavab isə çox güman ki, hələ uzun illər müəmmalı qalacaq.
Leyla Sarabi
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU






































