İnanc
Qandonduran ADƏTLƏR: qadınlar dodaqların genişləndirir ki... - FOTOLAR
Afrikanın Mursi qəbiləsinin qadınlarının ilk baxışdan insanı dəhşətə gətirən dodaquzatma adətləri var. Yerli qəbilə gəncləri dodağı ən çox genişlənmiş və deşilmiş qızlarla evlənməyə can atırlar.

Publika.az xəbər verir ki, varlı Mursi gəncləri evlənmək yaşına gələndə qəbiləni gəzir, bir-bir qızların dodaqlarına baxırlar. Mursidə ən geniş deşikli dodaq sahibəsinin ailə qurmaq şansı digər qızlara nisbətən daha çoxdur. Dodaqgenişləndirmə proseduru qəbilə xanımlarının şəxsi istəyi əsasında yerinə yetirilir.

Qəbilə qızları ailə qurmaq vaxtının yetişdiyini düşünən zaman ağızlarına alt dodağı damaqdan ayıran çubuq yerləşdirirlər. Bir müddət sonra həmin çubuq götürülür və ön 4 diş çıxardılır, yerinə isə gil dairə qoyulur. Ən cəsur mursi gözəlləri hər iki dodaqlarını bu üsulla böyüdürlər. Onlar bu cəsarətləri hesabına, qəbilənin ən varlı və adlı-sanlı kişilərinə ərə getmək şansı əldə edirlər.

Mursi qəbiləsinin bu qəddar, qandondururan adətinin səbəbi tam olaraq bəlli deyil. Bəzi mənbələrə görə, bu torpaqlara gələn qul tacirləri qəbilənin ən gözəl qızlarını seçib, özlərilə aparırmışlar. Ona görə də, yerli əhali qızları gənc yaşdan belə eybəcər görkəmə salmaqla, onları əsirlikdən xilas edirmişlər.

Digər mənbələrə görə isə, bu yolla qadınlar daha cazibədar görünürlər.

Bu qəbilədə çoxarvadlılıq dəbdədir. Bir kişinin adətən 10 arvadı olur. Kişinin borcu bütün arvadlarını koma ilə təmin etməkdir. Hər gecə ovdan qayıdan ailə başçısı, bir-bir xanımlarının komsına daxil olur, onların gil dairəsinin yerində olub-olmadığını yoxlayır. Dariəni ağzından çıxarmış qadın bununla ərindən boşanmaq istəyini bildirir.

Öz simalarını bu şəkildə eybəcərləşdirən mursi qadınları ömürlük emosiyasız, nitqsiz qalsalar da, onların zənn etdiyi xoşbəxt ailə həyatı bu qüsuru gözəgörünməz edir.
Leyla Sarabi
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi
-
Enerji15:39Dizel yanacağı ucuzlaşacaq
-
Region15:29Erməni əsgərin güllələnmiş meyiti tapıldı
-
İdman12:02Arda Turanın təyinatı ilə bağlı paylaşımı sildi
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə









.jpg)
















.jpg)








.jpg)



