İnanc
Kimlə gəldi cinsi əlaqə, bütün qardaşların bir arvadı, 6 yaşdan... - DƏHŞƏTLİ ƏNƏNƏ (FOTO)
Bütün cəmiyyətlərdə intim münasibətlər mədəniyyətin təbii tərkib hissəsi saylır. Odur ki, hər bir xalqın, tayfanın özünəxas seksual adətləri var. Çağdaş dövrdə bir sıra cəmiyyətlərdə bizim üçün qəribə və inanılmaz olan intim münasibətlər, ənənələr qorunub saxlanır.
Publika.az müasir cəmiyyətin ən qəribə seksual adətlərini yaşadan xalqların siyahısını tərtib edib.
Seks bayramı

İndoneziyada “Pon” adlı bayram var. Hər il bu bayram zamanı insanlar müqəddəs Yava dağına gedib, öz qəribə ayinlərini həyata keçirdirlər. Onlar həmin gecəni təsadüfi insanla sekslə məşğul olurlar. Əgər 7 il dalbadal bəxtərinə eyni insan düşərsə, bütün həyatlarını xoşbəxt yaşayacaqlarına inanırlar.
Qanlı intim rəqslər

So d'О Haitinin ərazisidir. Burada hər il qeyri-adi dini bayram keçirilir. Hər ilin iyul ayında vuduistlər buraya toplaşıb, dini ayın yerinə yetirirlər. Sonra isə hər kəs çılpaq soyunub, məhəbbət ilahəsinin şərəfinə dənizdə çimir. Ardından qurban kəsilmiş heyvanların qanı üzərində, çılpaq şəkildə intim rəqs edirlər.
Oğlanlara elçi düşən qızlar

“Vodabe” Nigeriyanın ən gözəl və zəngin mədəniyyətə malik qəbiləsinin adıdır. Burada valideynlər övladlarını çox erkən yaşda evləndirirlər. Hər il keçirilən “Herevol” festivalında oğlanlar ən gözəl geyimlərini geyinib, makiyaj edirlər. Qızlar isə onların içərisindən bəyəndikləri oğlanı seçib, ona elçi düşürlər.
Bütün qardaşlara 1 arvad

Himalay ərazisində kənd təsərrüfatına yararlı torpaq azdır. Odur
ki, ailələr öz xırda əkin sahələrini öz oğulları arasında bölməmək
üçün hamısını eyni qızla evləndirirlər. Antopoloqlar bu həyat
tərzini “poliandrik” adlandırırlar. Burada bir qadın bütün
qardaşlar üçün həm yataqda, həm də məişətdə qane etməyə
çalışır.
Seksual həyata hazırlanan uşaqlar

Papua-Yeni Qvineya planetin ən zəngin mədəniyyətə malik ərazisidir. Buradakı xalqalar nə az, nə çox düz 848 dildə danışırlar. Papuada yaşayan Trobrian qəbiləsi nəsildən nəsilə ötürdükləri sehirli ayinlər həyata keçirirlər. Bu ayınlərin əsas səbəbi erotik hisləri oyadıb, ehtirası artırmaqdır.
Bu qəbilədə cinsi həyata tez başlayırlar. Qızlar 6-8, oğlanlar isə 10-12 yaşdan etibarən seks həyatı üçün yetişkin sayılırlar. Uşaqları bu yaşda evləndirib, onların sekslə məşğul olmaqlarını adi qəbul edən qəbilə üzvləri, birgə yeməklərini ayıb hesab edirlər.
Sidik içən oğlanlar

Papuada yaşayan sambi tayfasının da qəribə adətləri var. Onlar oğlanları 7-17 yaş arası cəmiyyətdən təcrid edib, qadınlar olmayan yerdə saxlayırlar. Dərilərini tez-tez qaşıyırlar ki, bugünədək qadınlardan onlara keçən “çirkdən” qorusunlar. Bu oğlanlar özlərindən böyük kişilərin sidiklərini içirlər ki, daha ucaboy və güclü olsunlar.
Burun arakəsməsi deşilən uşaqlar

Avtraliyada yaşayan marducara tayfasının çox dəhşətli adəti var. Onlar kiçik oğlan uşaqlarının ön dişlərini çıxardıb, burun arakəsməsini deşirlər. Oğlanlara sünnət edib, kəsilmiş dəri hissəsini özünə yedirirlər.
Planetimizdə yuxarıdakılara bənzəyən minlərlə dəhşətli adət mövcuddur. Bu isə, o deməkdir ki, insanlar xüsusən də uşaqlar, hələ də istismara uğrayır, yanlış həyat tərzi sürürlər.
Leyla Sarabi
-
Cənubi Qafqaz14:50Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb?
-
Sosial13:25Prezidentin qızı və gəlini tamaşada - FOTOLAR
-
ABŞ12:53Maskdan şok etiraf: “X”-ni transgender qızına görə alıb, ABŞ-ı Harrisdən "xilas edib”
-
Dünya12:10“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
-
Dünya11:45Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
-
Köşə11:26"Gələcək" artıq gəlib, bu ölkədədir
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır








.jpg)

.jpg)




























