İnanc
Od çərşənbəsi - Bu üsulla xəstəliklərdən xilas olun
Bu gün ilaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Üsgü çərşənbə”, “Addı çərşənbə” kimi də adlandırılır.
Bu çərşənbənin özəlliyi barədə Publika.az-a danışan AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib ki, qədim dövrlərdən türk xalqlarında da günəşə, oda, atəşə böyük hörmət, inam olub.
“İnsanlar odu qoruyub, ocağı illərlə sönməyə qoymayıblar. Oda andlar içilib, müxtəlif mərasimlər təşkil edilməklə, insanlar öz şükranlıqlarını ifadə ediblər. El arasında yayılan adət-ənənəyə görə Od çərşənbəsində tonqal qalayıb, üç dəfə “Ağırlığım, azarım-bezarım odda yansın” deyərək, odun üstündən tullanmaqla xəstəliklərdən xilas olunur, azar-bezarları yandırırlar. Digər üç çərşənbədə olduğu kimi, od çərşənbəsində də yeməklər, şirniyyatlar hazırlanır, ocağın üstü boş qalmır. Od çərşənbəsində odun, tonqalın yandırılması həm qışın soyuğundan xilas olmaq, həm də gələcək ilin isti, bərəkətli keçməsinə işarə sayılır. Od, tonqal, atəş, günəş istiliyin mənasını daşıyır və yaz fəslinin başlanması da havaların isinməsinin əsas göstəricisidir”.
Folklorşünasın sözlərinə görə, qədim zamanlarda kənd yerlərində Od çərşənbəsinin başlanmasını xəbər vermək və insanları bir yerə toplamaq üçün həmişə dağların başında tonqallar qalanardı:
“Əgər dağlar olmasa hündür yerlər seçərək, o hissələrdə tonqal yandırarlarmış. Türk xalqları dağ başında tonqal qalamaqla, oddan həm şad günlərində şənlənməyə, həm də düşmənin hücumu zamanı müdafiə olunmağa toplaşmaq üçün işarə verirmişlər. Dağ başında, hündür yerlərdə qalanan tonqalın sayına görə qədim türklər uzaqdan-uzağa həmin obanın, elin vəziyyətini təyin edərək, köməyə getmişlər. Bunu “Kitabi Dədə Qorqud” dastanında da aydın görmək olar. “Dədə Qorqud” filminin sonunda Dədə Qorqud Bamsı Beyrəyin oğluna deyir ki, “Bir tonqal qalayanda elimiz şənliyə yığışır, iki tonqal qalayanda basqından, yağı hücumundan qorunmağa yığışır. Üç tonqal qalayanda zəhmətə toplaşırıq”. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır.
Od çərşənbəsi ayin və mərasimlərindən biri günəşi çağırmaq, istiliyin olması üçün icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar Günəşi çağırmaq üçün “Qodu-qodu” mahnısı oxuyar, ondan istilik diləyərlər. “Qodu-qodu” mərasimində kənd cavanları üzəri qırmızı bəzədilmiş çömçəni Günəşin rəmzi kimi götürüb qapı-qapı gəzərək nəğmələr oxuyarlar”.
-
ABŞ21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?







.jpg)




.jpg)


















.png)

.jpg)






