İnsanın gələcək taleyini müəyyənləşdirən PROQRAM haqqında maraqlı məlumatlar
Bizi izləyin

İnanc

İnsanın gələcək taleyini müəyyənləşdirən PROQRAM haqqında maraqlı məlumatlar

Amerikalı psixoloq və psixiatr, ssenari proqramlaşdırma və oyunlar nəzəriyyəsi konsepsiyasının müəllifi Erik Bern iddia edib ki, hər bir insanın həyatı uşaqlıqdan 5 yaşına qədər proqramlaşdırılır. Sonra isə biz sadəcə seçilmiş ssenari üzrə yaşayırıq. Tanınmış psixoloq öz əsərlərində yazırdı ki, valideynlər gözləntilərində ehtiyatlı olmalıdır.

Publika.az bu yazıda valideynlərin uşağın gələcəyi üçün bilməli olduğu və onun taleyini müəyyənləşdirən məlumatlarla tanış edir:

Ssenari dedikdə uşaqikən daha çox valideynlərin təsiri altında formalaşan həyat planımız nəzərdə tutulur. Bern hesab edir ki, bu, böyük qüvvə ilə insanı irəli və taleyinə doğru itələyən psixoloji impuls kimi işləyir. Bu, əslində tez-tez insanın öz iradəsindən asılı olmayaraq baş verir.

Həyat ssenarisi körpənin həyatının ilk illərində formalaşmağa başlayır və onu əsasən ana yazır. Məhz bu ssenari əzəli gövdəni formalaşdırır. Bunu bizim ömürlük asılı olacağımız "ilkin protokol" da hesab etmək olar. Bu karkasın formalaşması prosesi altı ilə qədər davam edir.

Uşağın 6 yaşı tamam olan kimi onun həyat planı hazır olur. Bu fakt həm də orta əsrlərdən məlum olub, bununla keşişlər və müəllimlər məşğul olurdular. Bəzi ailələr altı yaşına qədər uşağı baxmağa başqasına verirdi, sonra isə geri götürürdü. Kifayət qədər yaxşı bacarıqları olan məktəbəqədər tərbiyəçi uşağı hansı həyatın gözlədiyini, onun qalib və ya uğursuz olacağını öngörə bilir.

Gələcəyə təhtəlşüur planı, daha doğrusu, həyat proqramı ailə təlimatları üzrə formalaşır. Valideynlərin uşaqları ilə hansı mövzularda danışdığı vacibdir. Axı o, valideynlərin istəklərini komanda kimi qəbul edir, və bu, ömrü boyu belə qala bilər. Yalnız güclü emosional sarsıntı və ya dramatik hadisə nəticəsində ondan xilas olmaq olar.

Psixoloq deyir ki, psixoterapiya nəticəsində də azad olmaq mümkündür, amma bu proses xeyli ləng gedir. Valideynlərin ölümü isə vəziyyəti daha çox dərinləşdirir.

Bern deyir: "Ahıl yaşında şüurlu planlaşdırılma deyil, daha çox məsum və düşünülməmiş qərarlar insan taleyini müəyyən edir". Və bu, həqiqətən də belədir, hərdən elə təəssürat yaranır ki, anlaşılmaz bir qüvvə insanları harasa aparır. Əgər hətta bu, onların həyat məqsədlərinə zidd olsa da...

Varlanmaq istəyənlər onlara məlum olmayan səbəblərə görə pullarını itirirlər, məhəbbətə susayanlar insanlarda yalnız nifrət oyadır. Uşaqlıqdan bizi formalaşdıran həyat proqramı bizdə də məhz belə işləyir.

Amma bir əmma var: uşaq özü onu qəbul etməyənədək ssenari işləməyəcək. Sadəcə uşaq bir dəfə deyə bilər ki, "Anam kimi olmaq istəyirəm". Bu andan proqram işləməyə başlayır.

Proqramlaşdırma əsasən mənfi formada baş verir. Bu da valideynlərin uşaqlara müxtəlif məhdudiyyətləriylə bağlıdır. Qadağalar şəraitə uyğunlaşmaq imkanını çətinləşdirir, icazələr isə əksinə seçim azadlığı verir. Amma icazəni tam sərbəstliklə eyniləşdirmək lazım deyil.

Ən mühüm icazə odur ki, siz uşağa sevmək, dəyişmək və öz problemlərinin öhdəsindən gəlmək üçün icazə verməlisiniz.

Cürbəcür qadağalarla böyüyənlərlə, uşaqlıqdan müəyyən icazələrə malik olan insanlar arasında fərq dərhal görünür. Qadağalar insan talelərini qırır. Uğur, var-dövlət və hətta gözəllik - bütün bunlar valideyn icazəsindən asılıdır.

Erik Bern deyir: “Gözəl olmaq (həmçinin müvəffəqiyyət əldə etmək) anatomiya məsələsi deyil, valideyn icazəsidir.

Anatomiya, əlbəttə ki, şəxslərin xoşsimalılığına təsir göstərir, lakin yalnız atasının və ya anasının təbəssümünə cavab olaraq qızının üzü əsl gözəlliyə sahib ola bilər”.

Odur ki, bu faktları hər bir valideynə mənimsəmək məsləhətdir! Əgər sən öz oğlunu sarsaq, zəif və ləng uşaq kimi görsən, onda o, belə də olacaq. Əgər sən öz qızını uşaqlıqdan eybəcər və ya yöndəmsiz hesab edirsənsə, onda sən özün övladını belə həyata məhkum edirsən.

Valideynlər körpənin həyatını formalaşdıran təməlidir. Anlamalısınız ki, öz uşağınız haqqında nə düşündüyünüz və ona necə münasibət göstərdiyiniz çox vacibdir, çünki onun həyat proqramı sizdən asılıdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm