İnanc
Seyid Camal Əzimbəyli ÇAĞIRIŞ ETDİ: O qapıları açın ki...
“Allahın mərhəmət, rəhmət, şəfqət və bağışlanma ayı artıq bizə doğru gəlməkdədir. Azərbaycan müsəlmanları, xüsusi olaraq imana silah kimi sarılan əhalimiz çoxlu şükür içərisində Ramazan hazırlıqlarına başlayıblar. Ölkənin mənəvi mühitində də bu atmosfer duyulmaqdadır”.
Bu sözləri Publika.az">Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas, "İnam" verilişinin aparıcısı Seyid Camal Əzimbəyli deyib.
O bildirib ki, Azərbaycan dünyəvi dövlət olsa da, ölkəmizdə milli, mənəvi və dini dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövləti və dövlət başçımız Qarabağın fatehi İlham Əliyev cənablarının özüdür: “Azərbaycanda dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Bu da xalqımızın və dövlətimizin ən böyük uğurlarından bəlkə də birincisidir. O baxımdan da müqəddəs Ramazan bayramı Azərbaycan müsəlmanları üçün İlahidən bəxş edilmiş nemət və ilahi fürsətdir. Bu fürsəti dəyərləndirmək isə paslanmış könüllərdə mərhəmət, rəhmət və şəfqət hislərinin oyanışıdır. Xoş o adamların halına ki, bunu dəyərləndirə bilir. O şəxslərin halına da xoş olmur ki, onlar "Qurani-Kərim"in nazil olduğu bu ayı heç bir halda dəyərləndirmirlər və bu ilahi fürsəti qaçırmaqla Allahın mərhəmət və rəhmət hədiyyəsinin öz üzərlərinə gəlməməsinin səbəbkarına çevrilirlər”.
C.Əzimbəyli qeyd edib ki, Speys telekanalında yayımlanan müəllifi və aparıcısı olduğu “İnam” verilişi hər Ramazan ayında olduğu kimi bu dəfə də niyyət günündən başlayaraq, hər gün və bayram günlərində də canlı olaraq izləyicilərin orucluqla, Ramazanın fəzilətləri ilə bağlı minlərlə suallarını cavablandıracaq: “Artıq illərdir ki, Speys telekanalında Azərbaycanın dini mühitində dövlətimizin himayəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yayımlanan “İnam” verilişi hər Ramazan ayında niyyət günündən başlayaraq bayram günlərində canlı efirdən izləyicilərimizin səsli mesaj formasında göndərdiyi minlərlə sualı dinləyir və cavablandırır. İslamın maarifləndirmə işində Ramazan ayında biz də fürsəti bu cür dəyərləndirməyə çalışırıq. Ramazan ayı başlayanda mənim və ailəmin rəhbərlik etdiyi “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi olaraq komanda üzvlərimizlə bərabər şəkildə yüzlərlə şəhid və qazi ailələrini ziyarət etməyə çalışırıq. Bu il biz bu prosesə Ramazan ayı daxil olmadan - artıq 4 gündür ki, start vermişik. Çalışacağıq ki, daha çox haqq sahiblərini ziyarət edək. İdeoloji baxımdan Ramazanın, orucluğun fəzilətlərini, İslamın gətirdiyi qaydalar içərisində dinimizin doğrularına dayanaraq ölkənin tanınmış mənəviyyat adamlarını, ilahiyyatçıları, Azərbaycan İlahiyyat İnstitutunun müəllimlərini daha çox gündəmə daşıya bilək ki, Ramazanın həqiqətlərini “Ramazan işığında” insanlara xitab edək. Biz də bu gecələri yatmayacağıq, təkcə dualarla deyil, yardım aksiyalarımızı ailəcə, komanda olaraq həyata keçirəcəyik. Düşünürəm ki, bu Ramazan ayı xalqımızın, dövlətimizin taleyində, tarixində digər illərə nisbətən ona görə fərqlidir ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə öz qanları ilə Vətənin müdafiəsi uğrunda canlarını fəda edən şəhidlərimiz və canları ilə bu Vətən üçün mücadilə verən qazilərimizin vəsiləsi ilə torpaqlarımız artıq işğalda deyil. Çoxlu şükür və həmd-sənalar içərisində biz bunu qeyd etməyi özümüz üçün şərəf biləcəyik”.
Şərqşünas hesab edir ki, bəziləri Ramazan ayını daha çox özlərinin maliyyə imkanlarının düzəlməsi üçün "vəsilə" bilirlər: “Çox təəssüflər olsun ki, belələri ölkəmizdə qalib sərkərdəmiz İlham Əliyev cənablarının özünün milli və mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi olduğu, mənəvi dəyərlərə çox böyük önəm verdiyi və dövlətin ən ali prinsiplərindən birinin bu dəyərlərin mühafizəsi olduğu halda Ramazan ayını daha çox özlərinin maliyyə imkanlarının düzəlməsi üçün "vəsilə" bilirlər. Bu da dini bilgisizlikdəndir, çünki Ramazan ayında daha çox haqq sahiblərinə şərait yaradılmalıdır. Xüsusi olaraq çağırış etmək istəyirəm ki, Ramazan ilahi bir fürsətdir, bu məsələdə Azərbaycan dövlətçiliyinin prinsiplərindən biri milli-mənəvi dəyələrin mühafizə olunması və təbliğidir. Biz bunu Qarabağda haqq savaşımızda gördük. Ramazanda da bu fürsəti öz şəxsi maraqlarına yönəlik istifadə edənləri dövlət başçımızın mənəvi dəyərlərin mühafizəsi ilə bağlı apardığı böyük işdən dərs almağa çağırıram”.
Seyid Camal Əzimbəyli müqəddəs Ramazan ayı ilə bağlı nazirlərə, millət vəkillərinə, icra hakimiyyəti başçılarına, zəngin iş adamlarına çağırış edib: “Ölkənin zəngin adamlarına səslənirəm: onlar unutmasınlar ki, Allahın dərgahında heç bir savab əməl cavabsız qalmır. Unutmasınlar ki, ibadət etmədən belə öz mal və mülkləri ilə, qazancları ilə savab qazana bilərlər. Onlar bu qazancları müstəqil, sabit Azərbaycanda qazanıblar. Əgər ibadət etmirlərsə, bunun üçün Allah onlara böyük fürsət verib. Həmin şəxslər növbəti Ramazana qəzasız, bəlasız girmək, övladlarının itkisindən mühafizə qarantını Ramazanda ala bilərlər. Fəqir-füqəralarla yardımlaşsınlar, onların qapısını döysünlər, rayonlarında, kəndlərində, küçələrində axtarsınlar ki, neçə nəfər imkansız var, neçə nəfər imkansız olub əl açmayan insanlar var. Çoxlu sayda şəhid və qazi ailələrimiz var. Azərbaycan dövləti, Heydər Əliyev Fondu, “YAŞAT” Fondu bu məsələdə birinciliyi əldən vermir. Ancaq biz bu Ramazanı qardaş Türkiyə nümunəsindən bəhrələnərək xalqın içərisində sosial yardımlaşma halına gətirməliyik. Hər şeyi dövlətin üzərinə qoymamalı və bu işdə dövlətimizə dəstək olmalıyıq.
Nazirlərdən, millət vəkillərindən, icra başçılarından tutmuş iş adamlarına qədər hər kəs ən azı öz yaşadığı küçəsində, doğulub boya-başa çatdığı rayonunda şəhid ailələrinin, qazilərin, müharibə içtirakçılarının qapılarını Ramazan gecəsində açsınlar. Qapıları açsınlar ki, Allah da onların qapısını açsın. Qapını açıb desinlər ki, biz sizə borcluyuq, sizin ziyarətinizə gəlmişik, əlində gətirdiyi hədiyyələr heç nədir, ancaq onlara mənəvi bir güc versinlər. Bunu etsinlər ki, Allah da onları gücləndirsin. Çağırış edirəm ki, növbəti Ramazan ayına bəla və müsibətsiz çıxmaq istəyən zəngin iş adamları haqq sahiblərinin qapısını döysünlər, Allah da onların qapısını bağlı saxlamasın. Xüsusi olaraq mənəvi dəyərlərimizlə bağlı mübarək günlərdə, milli və dini bayramlarda vətəndaşlarımıza ideoloji baxımdan çox böyük əhəmiyyətə sahib mesajların verilməsinə səbəbkar olduğuna görə Publika.az">Publika.az saytının rəhbərliyinə və bütün əməkdaşlarına isə təşəkkür edirəm”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO