İnanc
Ramazanın 4-cü günü: dua, imsak və iftar vaxtı
Sabah Ramazan ayının dördüncü günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 5-də imsak vaxtı saat 04:51-də, iftar vaxtı isə 19:23-dədir.
Aprelin 5-i üçün namaz vaxtları:
Sübh azanı 04:56
Zöhr azanı 12:44
Əsr azanı 17:16
Məğrib azanı 19:23
İşa azanı 20:26
Dördüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin”.
Tərcüməsi: “İlahi, əmrlərini yerinə yetirməkdə mənə qüvvət ver, zikrinin şirinliyini mənə dadızdır. Sənə layiqincə şükr etmək üçün məni ilhamlandır. Kərəminə and verirəm, məni öz himayəndə gizlət və qoru, ey görənlərin ən bəsirətlisi!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.
Allah orucunuzu qəbul eləsin!
-
Rəsmi xronika10:53İlham Əliyev özbəkistanlı həmkarına zəng etdi
-
Dünya10:09Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
-
MDB09:21Ukrayna Leninqrad vilayətində “Wildberries” anbarını partlatdı - Xəsarət alanlar var
-
Hadisə08:20Şamaxıda zəlzələ oldu
-
İdman06:46Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - FOTO/VİDEO
-
Magazin106:16Xalq artisti 40 il əvvəl İsa bulağında
-
Dünya05:15Keçmiş porno aktrisa senator oldu - FOTO
-
Qoroskop03:13Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC






































