İnanc
Məqsədə çatmağa mane olur! - Alimlər açıqladı
Güclü sosial əlaqələr psixi sağlamlığın əsas açarıdır.
Publika.az xəbər verir ki, bu barədə CNet nəşri məlumat yayıb. Nəşrdə müxtəlif alimlərin xoşbəxt həyatın əsas meyarları ilə bağlı araşdırma nəticələri verilib. Harvard Universitetinin mütəxəssisləri bildirib ki, ilk növbədə güclü sosial əlaqələr xoşbəxtliyə təsir edir. O da məlum olub ki, güclü münasibətləri və əlaqələri olan insanlar başqaları ilə ünsiyyət qurmayanlara nisbətən psixoloji baxımdan daha xoşbəxt, fiziki və əqli cəhətdən daha sağlam olurlar.
Müətəxəssislər hesab edir ki, problemlərə köklənmək və onlara ilişib qalmaq depressiyaya aparıb çıxarır. Əgər xoşbəxt olmaq, həyatdan zövq almaq istəyirsinizsə, diqqətinizi həyatın müsbət tərəflərinə yönəldin. Məsələn, tədqiqatçı Amiliana Saymon-Tomas hesab edir ki, fikirlərimizi həyatın o aspektlərinə yönəltməliyik ki, bizə bu və ya digər şəkildə xeyir gətirsin.
Həmçinin alimlər xeyirxah əməl sahibi olmağı, başqalarına tərif söyləməyi, qocalara yardım etməyi və.s bu kimi işlərlə məşğul olmağı tövsiyə edib.
Məqalədə deyilir ki, beyninizi keçmişə və ya gələcəyə deyil, indiyə fokuslamağa öyrədən meditasiyalar özünü qəbuletmə hissini artıra bilər. Britanya Kolumbiyası Universitetinin psixologiya professoru Yelizaveta Dannın sözlərinə görə, əsas ideya bundan ibarətdir: “Duyğularınızı yarğılamayın, ancaq onları tanıyın”. Sonda müəlliflər qeyd ediblər ki, insanlar özlərini daha az tənqid etməlidirlər, çünki həddindən artıq özünütənqid məqsədlərə çatmağa mane olur.
Aytən Məftun
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU


































.jpg)


