İnanc
Silsilə qətl törədənlərin çoxu bu bürclərdəndir
Federal Tədqiqatlar Bürosunun (FTB) cinayətkarlara əsaslanan məlumat bazasında aparılan təhlillər nəticəsində ən çox psixopat və silsilə qətllər törədən şəxslərin bürcü açıqlanıb. Siyahı bəzi məqamlarda təəccüb doğursa da, bəzən insanların, "Mən bunu bilirdim", - deməyinə səbəb olur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ən təhlükəli bürclərin siyahısı belədir:
Xərçəng
Təəccüblü olsa da, bürclərin "cinayət maşını" xərçənglər çıxıb. Xərçəng ən çox psixopat olan bürclər siyahısının başındadır. Ani parlayan xarakterləri ilə xərçəng ən çox qətl törədən 1-ci bürcdür. Bundan əlavə, bu bürcün törətdiyi qətllərin əksəriyyəti digər bürclərdən fərqli olaraq, qısqanclıq kimi emosional əsaslara söykənir.
Əqrəb
Onların sirli təbiəti və qorxmazlığı əqrəbi statistik olaraq ikinci ən təhlükəli bürc edir. Özlərinə edilən pisliyi heç vaxt unutmayan, amansızlığa cavab verməkdə məşhur olan əqrəb bürcünə mənsub cinayətkarların qorxulu tərəfi, törətdikləri qətllərin çoxunu qurban üçün ağrılı və sadist üsullarla törətmələridir. Təbii ki, dünyanın ən məşhur psixopatlarından biri olan Çarlz Mensonun da əqrəb olması təsadüfi deyil.
Oxatan
Dünyada ən nadir bürc olmasına baxmayaraq, bu qədər çox cinayətkarın olması oxatan bürcünü həqiqətən təhlükəli edir. Cinayət aləminin padşahı olan oxatan bürcünün siyahının başında olmamasının yeganə səbəbi odur ki, o, qətllərin çoxunu özü deyil, tabeliyində olan digər insanlar törətmişdir. Xarizmatik rəftarları və zəkaları ilə ətrafdakı hər kəsin hörmətini qazanan və liderliklərini elan edən oxatan bürcləri mafiya başçısı, narkobaron, hətta prezidentlik kimi inanılmaz mövqelərə çata bilirlər. Filmlərdə və televiziya şoularında eşitdiyiniz cinayətkarların çoxu oxatandır.(Pablo Eskobar, Ted Budi, Lucky Luciano, Çarlz Bronson və hətta Stalin)
Buğa
Hirsli, iddialı təbiəti, cəsur və güclü xarakterləri ilə tanınan buğalar qatil sıralamasında ən yüksək yerdədirlər. Onlar saf pislikdən və ya psixopatiyadan çəkinmirlər, ancaq şəxsi maraqları üçün qətllər törədirlər. Bunu təsdiqləyən başqa bir statistika, buğaların fırıldaqçılıq kimi pul məsələlərində daha çox günahkar olmasıdır.
Qoç
Ani və birdən yanıb-sönən qəzəbi ilə tanınan üsyankar və inadkar bürc olan qoç qatil sıralamasında ilk beşliyə daxildir. Qətllərin çoxu ani əsəblə baş verir və sonra peşman olurlar.(BAKU.WS)
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi









.jpg)












.png)














