İnanc
Xanımların nəzərinə! Bu kişilər pul xərcləyən deyil - Ən xəsis bürclər
Xəsis olmaq xoşagəlməz bir xüsusiyyətdir. Ancaq bəzi insanlar pula çox dəyər verir və onu xərcləmək istəmirlər. Onlar üçün pul qazanmaq və onu xərcləməmək vacibdir.
Bu insanlardan hər şey istəyin, bircə puldan başqa...
Publika.az mütəxəssis astroloqların araşdırmalarına əsaslanaraq ən xəsis 4 bürcü sizlərə təqdim edir:
Oğlaq
Oğlaqlar iddialı və çalışqan təbiətləri ilə hər zaman diqqət çəkirlər. Onlar pul qazanmağı sevirlər. Ancaq pul xərcləməyə gəlincə, oğlaqlardan bu performansı gözləmək olmaz. Çünki onlar ümumiyyətlə pul xərcləməyi sevmirlər.
Materialist oğlaqların ən böyük fobiyası pul xərcləməkdir. Onlardan hər şey istəyin, amma heç vaxt pul istəməyin. Xüsusilə borc götürməyin. Oğlaqlar pul xərcləmək üçün deyil, qənaət etmək üçün qazanırlar. Bu səbəbdən ondan səxavətli davranış gözləmək düzgün olmazdı.
Əqrəb
Əqrəb bürcü adətən keginə düşkündür. Bu səbəbdən pul xərcləməyi sevdiklərini düşünmək olar. Lakin bu, belə deyil. Əqrəblər ödəməyi deyil, ödətməyi sevirlər. Hesab verilən zaman bir addım geri qalmağı seçirlər. Əqrəb bürcü adətən qənaətlə fəxr edir.
Onların israfçılıqla məşğul olduqlarını görə bilməzsiniz. Əqrəb bürcləri işləməyi, dayanmadan işləməyi sevir. Bununla belə, qazandığı pulu xərcləmir.
Qız
Qızlar həmişə mükəmməllik istəyirlər. Standartları yüksək olan qız bürcləri istədiklərini əldə etmək üçün yorulmadan çalışırlar. Qızlar işləməyi və pul qazanmağı sevirlər. Bununla belə, pul xərcləməyə gəlincə, ortada qız bürcünü görmürsünüz.
Qızlar yalnız ehtiyaclarına uyğun xərcləyirlər. Hər qəpiyi sayan qızlar adətən çox xəsis olurlar. Həm də çox qənaətcil olan qızlar, pullarını yığır və bundan böyük həzz alırlar
Xərçəng
Xərçənglər həmişə evdə vaxt keçirmək istəyirlər. Evcil olduqları üçün sosiallaşmaq onlar üçün deyil. Xərçəngin daim evdə olmaq istəməsinin səbəblərindən biri də pul xərcləməmələri ola bilər. Xərçəng bürcü adətən biznesdə çox uğurlu olur və yaxşı pul qazanır.
O, pul xərcləməkdə hər zaman bir addım geri qalır. Cibində əqrəb olan xərçəng bürclərini pul xərcləyərkən görmək demək olar ki, qeyri-mümkündür. Onlar pullarını son qəpiyinə kimi saxlayırlar. Xərçənglər bu səbəbdən xəsis olaraq tanınırlar.
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika7 Oktyabr 15:35İlham Əliyev Vladimir Putinə zəng etdi









.jpg)












.png)














