İnanc
Ən şorgöz BÜRCLƏR - Onlar hər an xəyanət edə bilər
Bəzi insanlar digərlərinə nisbətən daha çox flört etməyi xoşlayırlar. Əgər söhbət kişilərdən gedirsə bu bürc nümayəndələrinə qadınbaz da deyə bilərik.
Bunu tərəddüd etmədən həyata keçirən bu şəxslərlə sevgi münasibətində olmaq həqiqətən çətindir. Heç vaxt ağıllanmayan və gördükləri hər kəslə flört etməyə çalışan şorgöz insanlar bunu böyük məharətlə edirlər.
Astrologiyada “çapkın” olması ilə məşhur olan bürclər var. Hansı ki, onlar sevgililərinə hər an xəyanət edə bilərlər…
Publika.az həmin bürcləri sizlərə təqdim edir:
Qız
Qız bürcləri hər zaman sadiq hesab olunurlar. Çünki yüksək özgüvəni olan bu bürc həyat yoldaşının onları aldatdığını biləndə dərhal ayrılır və onu bir daha görmək istəmir. Ancaq özləri sevdiyinə xəyanət edən zaman buna əhəmiyyət vermirlər. Onlar fərqli insanlarla tanış olmaq və həmişə yeni əlaqələr qurmaq istəyirlər.
Əqrəb
Əqrəb bürcü ilə ehtiraslı və sevgi dolu münasibət qura bilərsiniz. Nə qədər sevildiyinizi düşünsəniz də, əqrəbin hisslərini anlamaq asan deyil. Onlar həmişə sirli olurlar və nə etdiklərini heç vaxt bilmirsən.
Əqrəblər kimisə həqiqətən sevmədikləri zaman xəyanət edə bilərlər. Ürəyi onun üçün döyünən birini tapana qədər həyatındakı insanı aldada bilər.
Dolça
Dolça bürclərinin ümumiyyətlə sadiq olduğu düşünülsə də, reallıq bir az fərqlidir. Dolça bürcü öz azadlığını sevir. Uzunmüddətli münasibətlərin onu məhdudlaşdırdığını düşünür. Dolça bürcləri əlaqələrdən sıxılırlarsa, aldada bilərlər. Sərbəst ruhu onun ciddi əlaqələr qurmasına mane ola bilər.
Şir
Şirlər evləndikdən sonra çox sadiq həyat yoldaşları olurlar. Bununla belə, o, subay ikən sevgi macəraları keçirməyi sevir. Şir bürcü diqqəti sevir. Getdiyi yerdə bütün diqqəti özünə cəlb etməyi xoşlayır. Şirlər partnyorları tərəfindən maraqsızlıq hiss etdikdə dərhal başqa sevgiləri tapmaq üçün hərəkətə keçə bilərlər.
Balıq
Duyğusal və həssas balıqların münasibətlərdə çox diqqətli olması gözlənilir. Bununla belə, balıqlar hər an partnyorlarını emosional olaraq aldada bilərlər. Balıqlar öz fantaziya dünyasında yaşayırlar. Onların planlarını, düşüncələrini bilmək mümkün deyil. Onlar romantikanı çox sevirlər və münasibətlərində emosional çatışmazlıq hiss etdikdə aldada bilərlər.(BAKU.WS)
-
ABŞ05:15ABŞ Yaxın Şərqdəki təyyarədaşıyan gəmisini geri çağırır - Nə baş verir?
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar







.jpg)





























