İnanc
İQ səviyyəsi ən yüksək olan 5 BÜRC - Onların həll edə bilməyəcəyi problem yoxdur
Bürclər insan xarakterində mənfi və müsbət bir sıra xüsusiyyətlərə səbəb ola bilir. Buna görə hansı zodyak ünsürü olmağınız həm də sizin İQ səviyyənizə təsir göstərir.
Publika.az mütəxəssis astroloqların araşdırmalarına istinadən ən yüksək İQ səviyyəsinə malik olan bürcləri sizlərə təqdim edir:
Dolça
Dolçalar, demək olar ki, hər şeyi intellektual zəkaları vasitəsilə süzgəcdən keçirməyə meyllidirlər. Onlar özlərini çətin vəziyyətdən asanlıqla uzaqlaşa bilirlər. Bu da problemin həllini asanlaşdırır. Dolçalar balanslı, yaradıcı və soyuqqanlı davranışları ilə tanınırlar.
Dolçalar geniş fikirlidirlər və özlərindən başqa mənbələrdən gələn fikir və anlayışları qəbul edirlər. Əslində, onlar alternativ axtarışındadır.
Qız
Qız bürcləri hər cür şeylərlə maraqlanır, hətta bu digərləri üçün maraqsız olsa belə…
Həlli çətin olan məsələni asanlaşdırmağı sevirlər. Hər nə qədər öyünməyi sevməsələr də onların öhtəsindən gələ bilmədikləri problem yoxdur.
Oğlaq
Oğlaqların ağıllı qərarlar vermələrinə kömək edən çox metodik, dəqiq və yüksək strukturlaşdırılmış düşüncə tərzi var.
Onlar daima alternativ strategiyaları nəzərdən keçirir, baş verə biləcək bütün nəticələri nəzərə alırlar.
Oğlaqlar çox ağıllı olurlar və beyinlərini yaxşı istifadə etmək qabiliyyətinə malikdirlər. Onlar müxtəlif fənlər üzrə ömürlük tələbələrdir. Oğlaqlar təslim olmurlar. Səhv edəndə ondan dərs alır və yola davam edirlər.
Əqrəb
Əqrəbi zehni gücünə və qavrayış zəkasına görə aldatmaq demək olar ki, mümkün deyil. Onlar qavrayışlı düşünmə qabiliyyətinə və güclü hissiyata malikdirlər.
Əqrəblər təkcə hiss orqanlarından çoxlu məlumat əldə etmirlər, həm də ondan çox tez istifadə edə bilirlər. Əqrəblər digər insanların qaçırdığı məqamı görə bilirlər.
Əkizlər
Əkizlər bürcünün söhbətinə qulaq asmaq kifayət edir ki, onların dahiliyini anlaya biləsiniz.
Onlar bürcün ən sürətli düşünən nümayəndələridir. Məlumat əldə etmək və yaymaq üçün xüsusi istedada malikdirlər. Çox vaxt onların tam inkişaf etmiş yumor hissi olur. Bu da dahiliyin başqa bir əlamətidir.
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı



















.png)















