İnanc
Nostradamusun 2023-cü illə bağlı öncəgörməsi: İsrail-Fələstin müharibəsi haqda nə deyib?
Daha çox “Nostradamus” kimi tanınan Mişel de Nostradamın İsrail və Fələstinlə bağlı proqnozları yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Star "qəzeti yazıb. Qəzetin yazdığına görə, son 100 ildə Adolf Hitlerin yüksəlişindən tutmuş Con Kennedinin güllələnməsinə qədər bir sıra hadisələri düzgün proqnozlaşdıran Mişel de Nostradam “Les Prophéties” kitabında belə bir hadisənin olacağını bildirib. 2023-cü illə bağlı bir çox proqnozlar verən kahin bu ilin böyük müharibələrlə yadda qalacağını iddia edib.
Nostradamus 450 ildən çox əvvəl nəşr olunan əsərində 2023-cü ilə dair bunları deyib: "Böyük Müharibənin yeddi ayı, insanlar pislik edərək öldü".
Hesab olunurdu ki, bu həyəcanverici proqnozlar Rusiyanın Ukraynanı işğal etməsindən sonra yaranmış münaqişələrə bənzər bir münaqişəni nəzərdə tuta bilər. Ancaq bir nçə gün əvvəl HƏMAS İsrailə qarşı hücuma keçdi, sonra isə İsrailin "Dəmir qılınc" əməliyyati başladı.
Nostradamusun öncəgörmələri narahatlıq doğursa da, unutmaq olmaz ki, məşhur görücünün dediklərinin hamısı gerçəkləşməyib. Məsələn, keçən ilə dair Nostradamus asteroidin təsirini proqnozlaşdırmış və 2022-ci ilin sonuna qədər süni intellektli robotların dünyanı ələ keçirəcəyini söyləmişdi.
-
İdman23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?









.jpg)
















.png)













