İnanc
Zirəddin deputata cavab verdi: Bunun arxasında hansısa qüvvələr var - VİDEO
Rusiya Dövlət Dumasının deputatı Milonov qəribə bir təkliflə ictimaiyyətdə səs - küy yaradıb. Belə ki o, ekstrasenslərin, astroloqların və bu kimi ezoterika ilə məşğul olanların fəaliyyətinin qanun çərçivəsində qadağan edilməsini irəli sürüb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Rusiyanın Dövlət Telekanalı "Moskva 24" məşhur ekstrasens Zirəddin Rzayevdən bu təklifə münasibət bildirməsini istəyib. Həmyerlimiz isə deyib ki, hər kəsi bir quyuya atmaq olmaz: "Əsl ekstrasens eyni zamanda öz gücü ilə yanaşı, həm də ali təhsilli psixoloq olmalıdır və insanlara eyni zamanda psixoloji yardım göstərməlidir".
Bundan əlavə Zirəddin Rzayev öz teleqram kanalında daha da sərt fikirlər bildirərək bu ifadələri işlədib:
"ROSPOTREBNADZOR" açıq şəkildə bildirir ki, spirtli içkilər sağlamlıq üçün çox zərərlidir. Siqaretin üzərinə belə yazırlar: “Siqaret öldürür”. Lakin buna baxmayaraq, spirtli içkilərin və siqaretin satışı qadağan edilmir. Siqaret və spirtli içkilərdən əziyyət çəkənlərin sayı hər gün artır. Alkoqolizmdən əziyyət çəkən və ölən ailələrin sayı-hesabı yoxdur. Ancaq bəzi ifadələrə görə, əsas “problemlər” ekstrasenslərdir. Bunun arxasında hansısa qüvvələr var".
Onu da xatırladaq ki, Zirəddin Rzayev özü də Rusiya Dövlət Dumasının əməkdaşıdır. O, Millət Vəkili Anatoli Voronovskinin köməkçisi vəzifəsindədir. Eyni zamanda Rusiya İctimai Palatanın komissiya üzvüdür.
Nəzrin
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin212:26Xalq artisti ölümdən son anda döndü - FOTO
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu



















.png)















