İnanc
Məşədi Dadaş məscidində YENİ TƏYİNAT - FOTO
Məşədi Dadaş məscidinə yeni imam müavini təyin olunub.
Publika.az xəbər verir ki, bunla bağlı müvafiq əmr imzalanıb.
Sözügedən vəzifəyə ilahiyyatçı Tural Məmmədov təyin edilib.
T.Məmmədov daha əvvəl Abşeron rayonundakı Mehdiabad qəsəbə məscidində imam müavini vəzifəsində çalışıb.
O, 2009-2013-cü illərdə ilahiyyat ixtisası üzrə ali təhsil alıb.
İlahiyyatçı T.Məmmədov eyni zamanda bu ilin fevral ayında qardaş Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım kampaniyasında göstərdiyi fəallığı ilə də tanınır.
Qeyd edək ki, ilahiyyatçının atası Taryel Məmmədov Birinci Qarabağ müharibəsi qazisidir. Tariyel Məmmədovun kiçik qardaşı Əşrəf Məmmədov da polis nəfəri olub və 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
Xatırladaq ki, Məşədi Dadaş məscidinin imamı ilahiyyatçı Əli Şərbətovdur. O, tanınmış din xadimi, məscidin imamı Hacı Şahin Həsənlinin cari ilin martın 2-də vəfatından iki ay sonra bu vəzifəyə təyinat alıb. (İqtisadiyyat.az)
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
Magazin212:26Xalq artisti ölümdən son anda döndü - FOTO
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu



















.png)















