İnanc
Məşhur model özünü qaranlığa "həbs etdi": 11 saat boyunca... - Mütəxəssislərdən xəbərdarlıq
Türkiyəli model Çağla Şikel də “qaranlıq inziva meditasiyası” trendinə qoşulub. Onun təsirli olub-olmaması müzakirə mövzusuna çevrilib. Psixoloqlar bunun yalnız plasebo effekti olduğunu bildiriblər.
Publika.az xəbər verir ki, Çağla Şikelin bir müddət əvvəl 11 saat boyunca bir daxmaya qapanması sosial mediada müzakirə mövzusu olub. Şikel daxmada yemək yemədən, su içmədən qaldığını açıqlayıb. Mütəxəssislər bu mübahisəli məsələ - izdiva meditasiyası ilə bağlı xəbərdarlıq ediblər.

Psixiatriya mütəxəssisi professor Hakan Türkçapar 11 saat qapalı yerdə qalmağın ciddi stress və gərginliyə səbəb ola biləcəyini deyib: "Sözügedən təcrübə təsadüfi edilə biləcək bir şey deyil. Psixoloji pozğunluqlara meylli insanlarda meditasiya əsnasında və ya sonrasında meydana gələ biləcək bəzi mənfi təsirlər var. Narahatlıq pozuntusu (Anksiyete), depressiya, zehni aclıq bunlara nümunədir. İnsan inziva meditasiyası kimi üsullardan əvvəl mütləq psixoloji dəstək almalıdır”.

Professor bildirib ki, həyatda ən dəqiq təcrübələr elmi üsullardır: “Hər hansı bir insanın sağlamlıq sahəsində fəaliyyət göstərə bilməsi üçün mütləq peşə diplomu və ya qanunla müəyyən edilmiş səlahiyyətlərə sahib olması lazımdır. Bunlar olmadan çalışan insanlar anlamalıdırlar ki, onlar qanuni olaraq qadağan edilən bir hərəkət edirlər”.
Psixiatr Armağan Samancı isə qeyd edib ki, insanın həyatı müəyyən bir müddətdə özünü yemək-içməkdən məhrum etməklə dəyişə bilməz: “Bu cür üsullar bizim plasebo effekti dediyimiz şeyi göstərir. İnsanlar bir şeyi edərkən inandıqları zaman, inanclarının təsiri insana müsbət təsir göstərə bilər. Lakin bu yalnız öz-özünə keçə biləcək vəziyyətlərə aiddir”.
Roza Şəfiyeva
-
Qoroskop00:00Günün ULDUZ FALI - Riskli qərarlardan uzaq durun
-
İdman27 Avqust 23:40"Barselona"nı bəyənən Qurbanov Bakıda kimə azarkeşlik edəcək?
-
İdman27 Avqust 22:48"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNDİ
-
Magazin227 Avqust 22:36Braziliya gözəli hamiləlik səbəbindən tacını itirdi - FOTO
-
Maraq dünyası27 Avqust 22:24Milyonçu uğurlu evliliyin sirlərini açıqladı - “Gecə saat 1-də...”
-
Cənubi Qafqaz27 Avqust 22:00Ermənistanda ad dəyişikliyi - Süni İntellekt Nazirliyi yaradıldı
-
Magazin127 Avqust 21:00"Heç kəsin fikri mənim üçün önəmli deyil" - FOTO
-
İdman27 Avqust 20:36“Qarabağ”ın yeni transferləri oyunu stadiondan izləyirlər
































.jpg)

.jpg)
