Türkiyəni Mosul və Kərkükdən məhrum edən Bakı ermənisi
Bizi izləyin

Tarix

Türkiyəni Mosul və Kərkükdən məhrum edən Bakı ermənisi

Bu gün neft uğrunda mübarizə gedən Kərkük-Mosul bölgəsi vaxtilə Osmanlının torpaqları idi.

Bu gün neft uğrunda mübarizə gedən Kərkük-Mosul bölgəsi vaxtilə Osmanlının torpaqları idi. Lakin türk imperiyasının süqutundan sonra Türkiyə də bu bölgəyə yalnız kənardan baxaraq qalıb. Ən maraqlısı isə Türkiyəni Mosul-Kərkük neftindən məhrum edən şəxsin bir erməni olmasıdır.

Publika.az
xəbər verir ki, Osmanlı dövründə İraqdakı neft ehtiyatları ilə bağlı ilk araşdırmaları İstanbulda yaşayan erməni Kalouste Sarkis Gülbenkyan olub. Onun atasının Qapalıçarşı deyilən bazarda dükanı var idi. Onların qohumları Bakıda yaşayırdı, özləri də oradan gələnlər idi. Ata Gülbenkyan da Bakıdan qaz yağı gətirərək satırmış.

Sarkis Gülbenkyan Londonda geoloji mühəndislik təhsili alıb, əsasən də neft yataqları üzərində işləyib. Londondan İstanbula qayıdandan sonra, Osmanlı sultanı ƏIbdülhəmidin tələbi ilə araşdırmalara başlayır və Mesopatomiyada (indiki İraq ərazisi) neft tapdığı haqda sultana məlumat verir. Əbdülhəmid də 1904-cü ildən sonra həmin torpaqları şəxsi mülk olaraq satın alır.

Gülbenkyan daha sonra ilk türk Milli Bankını yaradır və 1912-ci ildə yaradılan Türk Neft Şirkətinin ("Turkish Petroleum Company") 50 faiz səhmlərinə ortaq olur.

Gülbenkyanın bankı Türk Neft Şirkəti ilə yanaşı, "Deutsche Bank"la da əməkdaşlıq edir və Mesopatomiyada fəaliyyətini davam etdirmək üçün müxtəlif şirkətlər qurur. Lakin I Dünya Müharibəsində almanlar məğlub olduğu üçün "Deutsche Bank"ın səhmləri Fransa şirkətinə keçir. I Dünya Müharibəsində Osmanlının parçalanmasından sonra ingilislərlə keçirilən görüşləri də Gülbenkyan aparır.

1926-cı ildə Mosul neftinin bölüşdürülməsi zamanı Gülbenkyanın Türk Neft Şirkəti İraq şirkəti oldu və ona yalnız 5 faiz pay verildi. Buna görə də ona "məşhur 5 faiz" ləqəbi qoyuldu. Yerdə qalan 95 faiz hissəsi isə İngiltərə, Fransa Hollandiya və Amerika arasında bölüşdürüldü, bu ölkələrin hər birinə 23,75 faiz pay düşdü. Beləliklə, Osmanlının varisi olan Türkiyə öz mirasından məhrum edildi. Halbuki, Gülbenkyanın şirkəti türk şirkəti idi və Kərkük və Mosuldakı paylar da Türkiyənin olmalı idi. Lakin bir erməni yenə də son anda xəyanət edərək, hissələri digər ölkələrə satdı.

Türkiyə heç nə edə bilmədi, yalnız Gülbenkyanın ölkəyə girişinə qadağa qoymağa gücü çatdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm