Tarix
Dünyanın ilk xəritəsi tapıldı - - FOTOLAR
Son illərdə tarixi araşdırma nəticəsində maraqlı yeniliklər üzə çıxır. Tarixçilərin tapdığı əşyalar insanların marağını cəlb edir. Bunlardan biri də tapılan ilk xəritədir. Bu xəritə ilk "Müasir Dünya xəritəsi" hesab olunur. Araşdırmalar onu göstərir ki, bu xəritə daş dövrünə aid ən qədim xəritə ola bilər.
Danimarkalı arxeoloqlar bu xəritənin 5000 yaşı olduğunu bildiriblər. Daşın üzərində olan 5 sm-lik xətlərdən, xəritənin bölgə xəritəsi olduğu düşünülür. Bu da xəritənin, dünyanın ən köhnə xəritələrindən biri olma ehtimalını gücləndirir.
Bu daş xəritənin üçüncü hissəsi tapılmayıb. Bu səbəbdən, arxeoloqlar xəritənin üzərindəki xətlərə bağlı təəssüf ki, dəqiq bir şərh verməkdə çətinlik çəkirlər. Daşın üçüncü hissəsinin isə harada olduğu bilinmir.
Danimarka Milli Muzeyindəki mütəxəssislərin fikrincə, daş (xəritə), fermerlər tərəfindən Günəş üçün təşkil edilən dini ayin vaxtı qırılmış ola bilər (əkin bərəkət versin deyə təşkil edilən ayin). Çünki, xəritənin üzərindəki xətlər, torpağın şumlanıb oktyabr üçün hazır hala gətirilmiş bölgəni təmsil edir.
Danimarkalı arxeoloq Flemmin Kaul mövzu ilə əlaqədar açıqlamasında "Bunlar təsadüfi xətlər deyil. Bəzi xətlər, təkrar istehsal, qarğıdalı qulaqları ya da yarpaqlı bitkilər ola bilər" fikrini söyləmişdir.
Dilrubə Vaqifzadə
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO





















.jpg)

.png)



.jpg)












