Tarix
Dolların üzərində Bin Laden və “11 sentyabr”ın ŞOK TƏSVİRLƏRİ - - VİDEO
15 il öncə baş verən “11 sentyabr” terror aktı təkcə 3 min amerikalının həyatına səbəb olmadı. Bu, həm də özü ilə müsəlman Şərqində yeni işğallar, yeni qurbanlar silsiləsinin başlanğıcı idi.
Şahidlər danışır ki, terror aktının olduğu vaxt Amerikanın o dövrdəki prezidenti Corc Buş məktəbdə aşağı sinif şagirdləri üçün kitab oxuyurmuş. Köməkçisi hadisənin baş verdiyini onun qulağına pıçıldayır, o isə heç nə olmamış kimi oxuduğu səhifəni başa çatdırır, uşaqlarla təmkinlə sağollaşandan sonra oranı tərk edir. Bunu oğul Buşun liderə xas təmkinliyi ilə bağlayırlar. Təbii ki, hər bir lider azyaşlı uşaqların qorxmaması üçün belə edərdi. Lakin Corc Buş həqiqətənmi hadisənin törədiləcəyini əvvəlcədən bilmirdi? Bəlkə təmkinli olmağa məhz məlumatlı olması səbəb olub?
Və çox maraqlıdır ki, “övladlarımızın başqa torpaqlarda ölməsinə
son qoyacağam” vədi ilə prezident seçilən Buş məhz bu terror
aktından sonra Şərqə doğru müharibə yürüşünə çıxdı. Bu, dünya
nizamının dəyişməsi idi və o zaman başlanan yürüş bu gün Yaxın Şərq
coğrafiyasında hələ də qanlı günlərini yaşayır.
Publika.az xəbər verir ki, “11 sentyabr” terror
aktının daşıdığı sirlər hadisənin özü qədər müzakirə olunur.
Zaman-zaman bu terror aktının məhz ABŞ-ın özü tərəfindən
törədiliyinə dair məlumatlar var. Terror aktını törədən “Əl Qaidə”
terror təşkilatının lideri Usama bin Ladenin vaxtilə Amerika
Mərkəzi Kəşfiyyat İdarəsinin yetirməsi olduğu haqda deyilənlər,
bununla yanaşı, 11 sentyabr tarixinin sirli tərəfləri şübhələrə yol
açır.
Amerika milli valyutası olan 1 dolların üzərindəki işarələr isə “11
sentyabr” hadisəsinə yeni baxış bucağı qazandırır.
Əsginası diqqətlə incləyərkən, onun üzərində “The Usama” sözlərinin
yazıldığını, 11 sentyabr tarixinin göstərildiyini, həmin tarixdə
hücum olan “Əkiz Qüllə”lərin rəsminin öz əksini tapdığını görmək
mümkündür.
Bütün bunların vizual olaraq göstərildiyi videonu təqdim
edirik:
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO





















.jpg)

.png)



.jpg)












