Tarix
Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ CİNAYƏT
SSRİ-nin məşhur inqilabçısı, Dövlət Təhlükəsizlik
Komissarlığının baş komissarı, Sovet İttifaqı marşalı Lavrentiy
Beriyanı düşmənləri və dostları soyuqqanlı şəxs kimi xarakterizə
etsələr də, o emosiyalarına heç də həmişə hakim ola bilmirdi. Hətta
bəzi vaxtlar o, qızığın pələngi xatırladırdı. Belə vaxtlarda ondan
hər şey gözləmək mümkün idi.
Publika.az xəbər verir ki, tarixçi İosif Aqafanov
Beriyanın Zaqafqaziya Birləşmiş Respublikalarının rəhbəri olmasının
Stalinin ideyası olduğunu yazırdı. Qafqaz ölkələri Stalini narahat
edirdi. Çünki hər üç respublika çox inadçı idi. Beriyanın təyinatı
isə bu ölkələrin ram edilməsi ilə nəticələnəcəkdi.
Beriya Qafqazın 16 milyonluq əhalisinin arasında hörmət və sevgidən
istifadə edirdi. Onun yalançı yumşaqlığı var idi və Ermənistanın
Mərkəzi Komitəsinin birinci katibi Ağasi Xandjyan məhz bu
yumşaqlığa aldanmağın qurbanı oldu.
Təcrübəli erməni bolşevik Tiflisdə Beriyanın kabinetinə daxil olur.
Onunla birlikdə üç nəfər də gəlmişdi. Onların əlində qədim fars
xalçası var idi. Gələnlər xalçanı kabinetdə qoyaraq getdilər.
Beriya xalçaya baxaraq Xandjyandan soruşdu:
- Bu nədir? Hətta üç nəfərin belə gücü çatmır.
- Bu qədim fars xalçasıdır və erməni xalqı bütün qəlbilə bunu sizə
təqdim edir – Xandjyan hiylə ilə cavab verdi. O, bilərəkdən bütün
ermənilərin adından danışırdı.
- Yəqin, o, çox bahalıdır?
Xandjyan acı-acı gülümsündü və cavab verdi:
- Dostluq qiymətsizdir, yoldaş Beriya.
- Siz haqlısınız, yoldaş Ağasi. Bu hədiyyə bizim xalqlarımızın
qarşılıqlı dostluğunun əlaməti kimi Dövlət Muzeyinə veriləcək.
O, bununla hiyləgər erməniyə başa salmaq istəyirdi ki, rüşvətxor
deyil. Daha sonra Ermənistandakı proseslər haqqında ondan soruşdu.
Xandjyan Beriyaya hər şeyi danışdı və söhbət əsnasında Gürcüstan və
Ermənistan arasındakı dostluq məsələsinə yenidən qayıtdı.
Beriya anladı ki, erməni bolşevik ciddi məsələyə toxunmaq istəyir,
bahalı xalçanı da məhz buna görə gətirib.
Söhbətin ortasında birdən Xandjyan ərazilər məsələsinə toxundu və
dedi:
- Yoldaş Beriya, ermənilərdə ərazilər çox kiçikdir və məhsuldar
deyil. Bütün xalq adından xahiş edirik ki, siz yoldaş Stalinlə
aramızda vasitəçi olasınız. O, Cavaxetiyanı bizə versin.
Bu sözlərin deyildiyi vaxt Serqo Qoqoladze kabinetə daxil oldu.
Hansı ki, o, başqalarından fərqli olaraq Beriyanın kabinetinə
qapını döymədən girmək hüququna malik idi. Sonralar o, Beriyanın
məhkəmə işi üzrə ifadə verərkən, yazacaqdı:
“Lavrentiy qızardı və qəzəbdən titrəməyə başladı. Sonra o,
Xandjyanın üstünə qışqırdı:
- Əclaf, sən gürcülərin torpağını istəyirsən və bunu mənim
vasitəmlə Stalindən almaq istəyirsən?
Xandjyanın rəngi soldu və tərlədi. Tərin damcıları onun paltarından
döşəməyə tökülürdü. Lavrentiy ona nifrətlə nəzər saldı və birdən o,
yazı qutusundan qara rəngli tapançasını çıxartdı. Tapançanı
Xandjyana tuşladı və onun başına iki güllə vurdu: “İt kimi,
gəbər...”. Sonra fağır üzlə mənə baxaraq dedi:
- Serqo, bunun cəsədini gətirdiyi xalçaya bükün və qaranlıqda
şəhərətrafı qəsəbədə bir çuxurda basdırın.
Mən və mənim tabeçiliyimdəki adamlar göstərişi dəqiqliklə yerinə
yetirdik”.
Qoqoladzenin sözlərinə görə, Xandjyanla Tiflisə gələn üç nəfər
izsiz yox oldular. Onlar mehmanxanada rəhbərlərini gözləyirdi,
lakin gürcü “çekist”lər tərəfindən aradan götürüldülər.
Tarix arxivlərində “Xandjyan işi”nin Kremldə Stalinlə
razılaşdırılmış şəkildə ört-basdır edildiyi göstərilir. Bir neçə
gün sonra Ermənistana yeni rəhbər təyin olundu və Xandjyan xalq
düşməni olaraq tanındı.
Tarixçilərə görə, Beriya Xandjyan məsələsini qətlsiz də həll edə
bilərdi. Lakin o, ekstremal emosiyaları ilə bacarmırdı və gürcü
torpağını istəyən şəxsi öz əlləri ilə öldürdü.
Asif
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR






















.jpg)

















