Tarix
Türk dünyasının Aristoteli
O, Aristoteldən sonra “İkinci müəllim” kimi adını tarixə yazdərdə. Söhbət Əbu Nəsr Əl-Fərabidən gedir.
Publika.az Əbu Nəsr Əl-Fərabi haqqında yazını təqdim edir:
Tanınmış şərq mütəfəkkiri Əbu Nəsr Əl-Fərabi eramızın 873-cü ilində Qazaxıstanın Fərab (indiki Otrar) şəhərində doğulub. Fərab həmin dövrün mühüm siyasi, mədəni və ticari mərkəzlərindən biri idi. Şəhərdən Avropa və Asiyanı birləşdirən İpək yolu karvanları keçirdi ki, bu da Fərabı Qazaxıstanın mühüm ticarət mərkəzinə çevirirdi.

Əbu Nəsr həyatının 20 ilini bu möhtəşəm şəhərdə yaşayır və təhsilini də burada alır. Fərabda yerləşən zəngin kitabxana o dövrün məşhur İskəndəriyyə kitabxanasından sonra ikinci yeri tuturdu.
20 yaşlı gənc alim Buxaraya, oradan isə Səmərqəndə köçür. Son dayanacaq Bağdad olur. Əl-Fərabi uzun müddət Ərəb Xilafətinin mədəni və siyasi mərkəzi olan Bağdadda yaşayır. Mənbələrdə, alimin Qahirə və Dəməşqdə yaşadığı da bildirilir. Hətta onun 950-ci ildə Dəməşqdə vəfat etdiyi qeyd edilir.
Yaradıcılığı

Fərabi Aristotel, Platon və digər qədim yunan alimlərinin bütün əsərlərinə mükəmməl öyrənib, fəlsəfə elminə yiyələnir. Şərq fəsləfə məktəbinin banilərindən biri sayılan alim Aristoteldən sonra “İkinci müəllim” kimi adını tarixə yazır.
Əl-Fərabinin dünya və şərq elminə töhfələri saymaqla bitmir. Onun müxtəlif elm sahələrini əhatə edən 200 traktatı artıq əsrlərdir ki, alimlərin istinad etdikləri mənbələr arasında yer alır.
Qüdrətli alim həm də istedadlı musiqiçi idi. O, bir sıra musiqi alətində məharətlə ifa edirdi. Bundan əlavə müsiqi elminə yenilik gətirən, bir neçə yeni musiqi alətinin ixtirası da, onun adı ilə bağlıdır. Fərabinin müəllifi olduğu “Musiqi haqda böyük kitab” əsəri musiqişünaslıq elminin inkişafına böyük təkan verib. Hətta çağdaş ərəb musiqisində istifadə olunan səs sistemini məhz Fərabi işləyib hazırlamışdı.
Şərq və Qərbi birləşdirən mütəfəkkir

“Fəlsəfi traktat”, “ Müdrikliyin inciləri” və onlarla digər əsərləri böyük şərq mütəfəkkirini nəinki şərqdə, eləcə də, bütün Avropada tanıtdı. Filosofun əsərləri XII əsrdən etibarən ibri, fransız, latın və s. dillərə tərcümə olunmağa başlandı. Fərabinin əsərləri Avropa elimin dirçəlişinə öz əvəzsiz töhfəsini verməklə yanaşı, şərq və qərb mədəniyyətləri arasında körpü rolunu oynadı. Bu baxımdan alim türk dünyasının həqiqətən qürur duyacağı parlaq şəxsiyyətdir. O, öz zəngin yaradıcılığının timsalında ərəb, fars, yunan, hind və ən əsası türk mədəniyyətlərini bir-birinə daha yaxın etməyə nail oldu.
Elmi biliklərinin həddi-hüdudu olmayan böyük mütəfəkkir, sözün əsl mənasında müəllim idi. Onun pedaqoji istedadı sayəsində riyaziyyat və və tibb elmlərinə aid qiymətli dərsliklər ərsəyə gəldi.
Fərabinin əlyazmaları bu gün dünyanın ən məşhur kitabxanalarında qorunur. Böyük türk müdriyinin yaradıcığılını araşdıran fərabişünas alimlər onun əlyazmalarını, əsərlərini tərcümə edir və dərs proqramlarında istifadə edirlər.
Leyla Sarabi
-
Ekologiya10:15Xilasedicilər 734 meyit tapdılar - 580 əcnəbi itkin düşüb
-
Avropa10:06Rusiya Estoniyanı da vuracaq? - Prezident "hazırlıq" mesajı verdi
-
MDB09:57Bu dron ukraynalıların baş ağrısına çevrildi - Ruslar ona "Knyaz Vandal" deyirlər
-
Ekologiya09:38Bu təbii fəlakət ölkələrə trilyonlarla dollar ziyan vuracaq
-
Nida Xəbər 09:27Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu




















.png)












.jpg)
.jpg)