Tarix
SSRİ ilə bağlı inanılmaz fakt ÜZƏ ÇIXDI: demə, insanlar bu yolla... - FOTO
İndiyədək haqqında yazılan, şübhəli məqamlardan biri amerikalıların həqiqətən Aya enib-enməməsi məsələsidir. Nümayış olunan kadrlarda Amerika bayrağının küləkdə dalğalanmasından (Ayda atmosfer olmadığı üçün külək ola bilməz) tutmuş bir sıra məqamlar ifşa olunur. Ona görə də, Aya enmənin həqiqət yox, sadəcə imitasiya olmasına dair xeyli fikirlər var.
Tarixdə amerikalıların rəsmi olaraq Aya enmələri ilə bağlı qəribə bir məqam da müşahidə olunur, daha doğrusu, qəribəlik çoxdur, lakin bu, ən əsası hesab edilir: niyə SSRİ amerikalı həmkarlarının nailiyyətlərini şübhə altına almağa çalışmadı? Əslində, bu Ay yarışında ABŞ öz rəqibindən öcəykən diqqət gözləyə də bilərdi, bu hadisə dolğun təhlillə təhrif oluna da bilərdi. Axı, hadisələr məişət dili ilə desək, çox uzaqda, şahidsiz cərəyan edib və kim bilir ki, əslində orada nə baş verib... Amma yox, o zaman SSRİ-də rəqibin Aya enmə uğuruna kölgə salınacaq heç bir fikir səsləndirilmədi. Niyə?

Publika.az SSRİ-nin Ay fırıldağına susmasına dair bir neçə maraqlı məqamı diqqətinizə çatdırır:
Uzun illər keçdi və budur, artıq həmin uçuşların qeyri-müəyyən vəziyyətlərdə həyata keçirilməsi haqqında kitablar yazılmağa başladı, suallar ortaya qoyuldu. Lakin ictimaiyyət indiyədək tutarlı cavablar eşitmədi. Hətta kosmonavt Leonov və digər tanınmış sovet kosmos mütəxəssisləri hər kəsi inandırdımağa çalışırdı ki, amerikalıların Aya enməsi “təmiz” idi və şübhə etməyə dəyməz.
Bununla belə əksəriyyət şübhələnirdi və şübhələnməkdə davam edir, çünki “hər şeyə qeyd-şərtsiz inanın” məsləhəti insanları qane etmir. Üstəlik amerikalıların bu nailiyyətlərini müdafiə edənlər bir çox suala aydın və tutarlı cavab vermirlər.
Əgər sualı başqa müstəvidə: “niyə” yerinə “nəyə görə” SSRİ susurdu kimi qoysaq, o zaman mənzərə məntiqi ardıcıllığa tərəf yumşalır.
Məsələ burasındadır ki, ABŞ-ın Aya enməsi soyuq müharibənin bitməsi vaxtı ilə, bütün qərb dünyası, o cümlədən ABŞ-la münasibətlərin istiləşməsilə heyrətamiz şəkildə üst-üstə düşdü. SSRİ-nin xarici siyasətində imtiyazlar əldə etməsi, qəfil taleyin ona bu cür hədiyyələri bəxş etməsi təsadüf idimi?

Susmaq SSRİ-nin o vaxtkı siyasi rəhbərliyinə həm də ona görə lazım ola bilərdi ki, əvvəla, Ay proqramının gündəmdən çıxarılması ölkədə milyardlarla rubla qənaət edirdi. Bundan əvvəl avtomatik aparatların, pilotsuz gəmilərin Aya enişi göstərirdi ki, orada maraqlı heç nə yoxdur, bəlkə də var, lakin xalqdan çox uzaqdır, həm də ona lazım deyil.
SSRİ üçün yaşıl işıq bununla da bitmir. Sovet neftinin Qərbi Avropaya embarqosu götürülür, SSRİ onların qaz bazarına nüfuz etməyə başlayır. Eyni zamanda, amerikalıların özlərinin rifahına mənfi təsir göstərməsinə baxmayaraq, bazar dəyərindən aşağı qiymətə amerika taxılının SSRİ-yə eksportu haqqında saziş bağlanır.
“Ay yarışı” tarixçəsini tədqiq edən amerikalı R.Rene bu barədə yazır: “İctimaiyyət məntiqi sual verirdi və verməkdə davam edirdi ki, əgər biz, əslində heç yerə uçmamışdıqsa, o zaman niyə Sovet İttifaqı bu saxtakarlığı görmürdü? Ya da görməzdən gəlirdi? Bu barədə mənim bəzi fikirlərim var. Bizim şanlı ordumuz Vyetnamda və Cənub-Şərqi Asiyanın digər ölkələrində kommunizmlə mübarizə aparanda, biz Sovet İttifaqına böyük miqdarda taxılı çox ucuz qiymətə satırdıq. 8 iyul 1972-ci ildə hökumətimiz bütün dünyanı şoka salan bir sazişə imza atdı: ABŞ məhsulunun təxminən ¼-ni Sovet İttifaqına bir buşeli 1,63 dollara satmağa qərar verdi. Taxıl ölkə daxilində 1,50 dollar civarında idi, amma bu olaydan sonra dərhal 2,44-dək sıçradı. Bəs bu fərqi kim ödəyirdi? Doğrudur, bizim vergi ödəyiciləri. Çörəyin və ətin qiyməti defisit səbəbindən çox bahalaşdı. “Aya enmə” bizə o qədər önəmli idi ki, burada ümumi Amerika nüfuzu üçün istənilən vəsaitdən keçilirdi”.

Həmçinin qərb şirkətləri SSRİ-də hazır məhsullarını sonradan almaq şərtilə kimya zavodları tikir. Yəni SSRİ-də, məişət dili ilə desək, özündən bir qəpik qoymayaraq müasir müəssisələr yaranır. Eyni zamanda, ABŞ-ın fəal iştirakı ilə "KamAZ" avtomobil zavodu açılır. Bu, ildə on milyardlarla rubl dəyərində iqtisadi mənfəət idi. Bu məbləğ SSRİ-nin Ay raketi “H-1” üçün xərclədiklərindən dəfələrlə çox idi. Bu baxımdan Ay proqramından imtina yaxın bir neçə ili də nəzərə almaqla iqtisadi cəhətdən çox əlverişli idi.
Hərbi qarşıdurma, soyuq müharibə və daimi nüvə hədələmələri təhlükəsi arxivə dönüşür və keçmişdə qalır. 1975-ci il Helsinki aktına - İkinci Dünya Müharibəsindən sonra sərhədlərin pozulmazlığı təsdiq olunur. Sanki Şərq və Qərb arasında əbədi sülh imzalanır.
Bundan başqa, SSRİ rəhbərliyinin ABŞ-ın Ay fırıldağına susması özündə Amerikaya qarşı müəyyən təzyiqləri qoruyub saxlayır və xarici siyasət uğurla özünü göstərir.
Sovet hakimiyyətinin Ştatların Ay fırıldağına qarşı “üzüyolalığı” daha bir versiya ilə də izah olunur: Amerika kəşviyyatının əlində olan bir məlumatla SSRİ rəhbərliyi şantaj edilirdi. Məlumat ondan ibarət idi ki, İosif Stalin öz əcəli ilə vəfat etməyib, məhz öldürülüb.

Bu barədə Yuri Muxin “Ay fırıldağı yaxud amerikalılar əslində haraya enirlər?” adlı kitabında yazır: “Əgər Qərb qətlin səbəblərini bütün çılpaqlığı ilə açıqlasaydı, o zaman Kommunist partiyası üzvləri və hətta bitərəflər arasında rəhbərliyə qarşı ciddi etimadsızlıq yaranacaqdı. Onlara öz acgözlüyü naminə hakimiyyəti heç kəsə verməyən düşmənlər kimi baxacaqdılar. Bu da o vaxtkı partiya və dövlət nomenklaturası üçün ölüm hesab olunurdu”.
Zaur H.
-
Magazin206:16Məşhur aktyorun sevgilisi tamamilə çılpaq poza verdi - FOTO
-
Sosial03:43Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq



























.jpg)










