Nida Təhlil
Ermənilərin dəstəklədiyi müsəlman senator Bakıya qarşı: Nələr gözlənilir?
ABŞ-ın Miçiqan ştatından senator seçilən Demokratlar Partiyasının nümayəndəsi Əbdül əl-Sayed ölkə tarixində Senata seçilən ilk müsəlman olub. O, seçki kampaniyası zamanı erməni diasporunun dəstəyini qazanıb, qələbəsindən sonra isə erməni təşkilatlarına təşəkkür edib. Senatorun Azərbaycana qarşı səsləndirdiyi fikirlər də diqqət çəkib.
Politoloq Oqtay Qasımov bu hadisənin Azərbaycan-ABŞ münasibətlərinə mümkün təsirlərini Publika.az-a şərh etdi.
Politoloq bildirdi ki, Əbdül əl-Sayed seçki kampaniyası zamanı ABŞ-dakı erməni diasporunun ən güclü təşkilatlarından biri olan Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən dəstəklənib. Onun sözlərinə görə, senator seçildikdən sonra erməni diasporuna təşəkkür edib və ilk açıqlamalarında Azərbaycanla bağlı qərəzli, həqiqətə uyğun olmayan fikirlər səsləndirib.
Oqtay Qasımov hesab edir ki, yeni seçilmiş ABŞ Senatı və Konqresi ilə Azərbaycanın işi kifayət qədər mürəkkəb olacaq:
“Biz dörd il Bayden administrasiyası dövründə həm administrasiyanın, həm də Senat və Konqresin Azərbaycana qarşı qərəzli mövqeyinin şahidi olmuşuq. Ehtimal olunur ki, yenidən Amerika Senatı və Konqresi tərəfindən Azərbaycana qarşı həqiqətə uyğun olmayan, qərəzli mövqelər və bəyanatları çox eşidəcəyik”.
Qasımovun sözlərinə görə, Əbdül əl-Sayed ABŞ-da erməni diasporasının dəstəyini qazanan və Azərbaycana qarşı mövqe sərgiləyən siyasətçilər sırasına qoşulub:
“Necə ki, Menendez, Frank Pallone və digərləri var idi, indi onların sırasına yeni biri də qoşulur. Əbdül əl-Sayed müsəlman kimliyi ilə ön plana çıxsa da, əslində, onun siyasi mövqeyi erməni diasporasının maraqları ilə üst-üstə düşür. Demokratlar Partiyasının siyasətinə diqqət yetirdikdə görürük ki, bu partiyanın təmsilçiləri uzun illər erməni diasporası ilə sıx əlaqədə olublar. Görünən odur ki, yeni seçilən senator da erməni diasporasının maliyyə imkanlarından istifadə etməklə onun təsiri altına düşə bilər”.
Politoloq bildirdi ki, bu cür siyasətçilərin və onların təmsil etdiyi qrupların Azərbaycana qarşı qərəzli mövqeyi Bakı ilə Vaşinqton arasındakı münasibətlərə təsirsiz ötüşməyəcək.

Tramp dövründəki münasibətlərə zərbə dəyə bilər
Oqtay Qasımovun fikrincə, Bayden administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərinin gərginləşməsinin əsas səbəblərindən biri Vaşinqtonun Ermənistan və Qarabağ erməniləri məsələsində tutduğu mövqe olub.
“Bayden administrasiyası dövründə həm Ağ Ev, həm də ABŞ Konqresi Ermənistanla münasibətlər və Qarabağ erməniləri ilə bağlı məsələlərdə tamamilə qərəzli, Azərbaycanın əleyhinə mövqe sərgiləyirdi. Bu baxımdan düşünürəm ki, qarşıdakı dövrdə Tramp dönəmində Azərbaycanla ABŞ arasında yaranmış isti münasibətlərə müəyyən qədər zərər vurula bilər.
Demokratlar Partiyasının hakimiyyətdə olduğu və ya parlamentdə üstünlük təşkil etdiyi illərdə Azərbaycanla münasibətlərdə gərginlik yaşanıb. Bunun səbəbi demokratların siyasi-ideoloji xətti, erməni diasporası ilə yaxınlığı, eləcə də onlardan aldıqları maliyyə və təlimat əsasında Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirmələridir.
Bu baxımdan, belə şəxslərin çoxluq təşkil etdiyi Nümayəndələr Palatası və Senatda Azərbaycana qarşı qərəzli addımların atılması ehtimalını kifayət qədər yüksək hesab edirəm”, - Oqtay Qasımov vurğuladı.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir









.jpg)









.jpg)


.jpg)














