Tarix
“Qadınlar bəzən bir gündə 50 əsgərlə...” - 73 il sonra İLK GÖRÜNTÜLƏR
İkinci dünya müharibəsində yapon əsgərlər tərəfindən “seks köləsi” olmağa məcbur edilən koreyalı qadınların görüntüləri ABŞ arxivində tapılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ilk dəfə dərc olunan görüntülərdə qadınlardan birinin onları xilas edən Çin əsgəri ilə söhbət etdiyi görünür. Qadınlardan birinin hamilə olması diqqət çəkir.
Fotolar müharibənin hələ davam etdiyi 1944-cü ildə çəkilib. Çin və Amerika əsgərləri Yaponiyanın işğalı altında olan Songshan bölgəsini azad edəndə onların qarşılarına koreyalı qadınlar çıxır. Yeddi qadın yapon əsgərlər tərəfindən “seks köləsi” kimi istifadə olunan 200 minə qədər qadından yalnız bir neçəsi idi.
Uzun illər Yaponiyanın işğalı altında yaşayan Koreyada təxminən 200 min qadının “seks köləsi” olmağa məcbur edildiyi bildirilir. İkinci dünya müharibəsi illərində bir qadın bəzən gündə 50 əsgərlə cinsi əlaqədə olmağa məcbur edilirdi.
200 min qadının təxminən 80 faizi koreyalı idi. Tayvan, Filippin, İndoneziya, Birma və Sakit okeanda yerləşən bir sıra adalarda olan qadınlar da eyni faciəvi taleyi yaşayıblar.
Yaponiyanın müharibədə məğlub olması ilə bütün kölə qadınlar 1946-cı ildə azadlığına qovuşub.
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi















.jpg)





.png)
















