Tarix
Ac qalmamaq üçün doğmalarının ətini yedilər, sidikləri ilə... - FOTOLAR
1972-ci ilin oktyabr ayında “Old Cristians” reqbi klubunun oyunçularının qohumları və sponsorları ilə birgə Uruqvaydan Çiliyə uçduqları təyyarə qar fırtınası ilə rastlaşır və dağla toqquşub, qəzaya uğrayır.
Təyyarənin göyərtəsində cəmi 45 sərnişin var idi. Onların 12-si qəza zamanı həlak olur. Yerdə qalanlar isə sağ qalmaq uğrunda mübarizəyə başlayırlar. Onlar qardan içməli su toplayır, öz sidikləri ilə ayaqlarını və əllərini isidirdilər.

Bir neçə gündən sonra həlak olanları yeməyə qərar verirlər. Öz doğmalarını və dostlarını çeynəmək qorxusu insanları dəhşətə gətirirdi. Buna baxmayaraq, didərgin həyatın elə ilk həftəsində hər kəs hannibala (adamyeyən) çevrilir.
Axtarış əməliyyatı qrupları bəmbəyaz qara bürünmüş dağların arasında qəzaya uğramış təyyarənin hissələrini görə bilmirdilər. “Adamyeyənlər” isə SOS yazmaq üçün rəng tapa bilmirdilər.
2 həftədən sonra qar uçqunu daha 8 nəfərin ölümünə səbəb olur. Bu isə digərlərinin həyatda qalmağına kömək edir.

Komandanın ən güclü 3 üzvü And dağlarını keçib, yol axtarmağa qərar verirlər. Onlara həlak olmuş dostlarının dərisindən corab, təyyarə oturacaqlarının dərisindən isə yatmaq üçün çuvallar tikirlər. Komanda yoldaşlarının səyi yerdə qalmır. 9 gün də keçəndən sonra hadisə yerinə xilasedici vertolyotlar gəlir, sağ qalmış 16 nəfəri xilas etməyə müvəffəq olurlar. Onlar uzun müddət psixoterapevtlər, stomatoloqlar, qastroloqlar tərəfindən müalicə olunurlar.

Bu şəxslər illər sonra öz müsahibələrində o qəzada həlak olmadıqları üçün sevinmədiklərini qeyd ediblər. Əksinə bildirirlər ki, bu cəhənnəmi gözləri ilə görməkdənsə, kaş ölməyi seçərdilər.
Leyla Sarabi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi















.jpg)





.png)
















