Tarix
Qədim sivilizasiyaların ən qəribə kulinar adətləri - - FOTOLAR
Qədim sivilizasiyaların bir çox adətləri çağdaş insana qəribə və təəccüblü gəlir. Bura həmçinin onların kulinar adətləri də aiddir.
Publika.az qədim sivilizasiyaların ən qəribə və heyrətamız kulinar adətlərinin siyahısını təqdim edir.
Pivə
Dünya tarixində ilk pivə eramızdan 7000 min il öncə qədim Çində hazırlanıb. İranda aparılmış arxeoloji qazıntılar zamanı isə bəlli olub ki, burada pivənin tarixi eramızdan 3500-3100 il əvvələ təsadüf edir.
Mənbələrə görə, pivə hazırlayan ən qədim xalq şumerlərdir. Şumer qadınları pivəni bir qayda olaraq, arpa çörəyindən hazırlayırdılar. Şumerlərin pivəsi sıyıq qatılığında olurdu və onu saman çöpü vasitəsilə içirdilər.

Çətənə
Çətənə isə qədim Avrasiya xalqlarının qida mədəniyyətinin özülünü təşkil edirdi. Çətənənin toxumundan insanlar un, yağ hazırlayır, sıyıq bişirirdilər. Eramızdan öncə Tsin Xan hakimiyyəti dövründə çətənə Çin əhalisinin əsas qida mənbəyini təşkil edirdi. O, arpa, düyü və soya qədər faydalı və zəruri ərzaq sayılırdı.
Çətənə yağını bu gün Amerika və Avropa xalqları şəfalı vasitə sayırlar. O adi mağazalarda faydalı bitki yağı kimi satışa qoyulur. Bu yağın xərçəng üzərində müsbət təsiri də sübuta yetirilib. Çətənə yağı həmçinin, görmə qabiliyyətini yaxşılaşdırır.

Hindlilərin sevimli dana əti
Qəribədir ki, qədim hindlilər öz varislərindən fərqli olaraq, inək və dana əti yeməkdən imtina etmirdilər. Onlar inəkləri öz tanrıları uğrunda qurban kəsir, sonra isə fərqli xörəklər hazırlayırdılar. İnəyi müqəddəsləşdirməyi, eləcə də vegetarianlığı hind xalqına daha sonralar buddizm dini aşıladı.

Qladiatorların pəhrizi
Qədim Roma şəhəri olan Efesdə aparılmış arxeoloji qazıntılar zamanı 68 qladiatorun sümüklərinin qalıqları tapılmışdı. Sümüklər üzərində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, o dövrün qladiatorlarının əsas qida mənbəyini bitki tərkibli yeməklər, xüsusən arpa və paxlalı bitki növləri təşkil edib.

İt əti
Qədim Meksika ərazisində yaşayan insanların qida növləri barədə məlumat çox azdır. Təxmin edilir ki, bu ərazilərdə yaşayan insanlar ev heyvanları saxlamayıblar, ona görə də qidalarının böyük hissəsini lobya və qarğıdalı təşkil edib.
Həmçinin Meksika ərazisində yaşayan asteklərin ilan, qurbağa, dovşan, müxtəlif həşəratlar və hətta it əti ilə qidalandıqları məlum olub.

Leyla Sarabi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi















.jpg)





.png)
















