Tarix
Tovuzda maraqlı tapıntı - FOTO
Tovuz çayının sol sahilində yerləşən Xocalı-Gədəbəy mədəniyyətinə aid, elmi dövriyyəyə “II Tovuzçay məzarlığı” adı ilə daxil olmuş abidədə arxeoloji qazıntılar aparılır.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, e.ə. II minilliyin axırları - I minilliyin əvvəllərinə (son tunc - erkən dəmir dövrünə) aid bu abidədə arxeoloji tədqiqatlar magistral qaz kəmərinin genişləndirilməsi ilə bağlı aparılan tikinti işləri layihəsi çərçivəsində həyata keçirilir.
İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya II Tovuzçay məzarlığında aparılan arxeoloji qazıntılar zamanı torpaq qəbirlərdə dəfn edilmiş insan skeletləri ilə yanaşı çoxsaylı saxsı qablar, silah nümunələri, yerli və Yaxın Şərq ölkələrindən gətirilmə bəzək əşyaları və s. aşkar edib. Ən maraqlı tapıntılardan kişiyə məxsus bir qəbirdə, skeletin bel hissəsində aşkar edilmiş tunc kəməri və onunla birgə dəmir xəncəri xüsusilə qeyd etmək lazımdır. Bu tapıntılar dəfn edilənin döyüşçü, yüksək sosial statusa malik bir şəxs olduğunu göstərir. Yanaşı aşkar edilmiş qadın qəbrində isə çoxsaylı bəzək əşyaları – müxtəlif minerallardan hazırlanmış muncuqlar, tuncdan hazırlanmış qolbaqlar və s. aşkar edilib.
II Tovuzçay məzarlığında aparılan qazıntılar Azərbaycan xalqının qədim əcdadları olan Xocalı-Gədəbəy mədəniyyəti əhalisinin dəfn adətlərinin, dulusçuluq, metalişləmə və s. sənətkarlıq sahələrinin, uzaq ölkələrlə mədəni-iqtisadi əlaqələrinin tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi











.jpg)























.jpg)