Dindar imperator və dövləti idarə edən FAHİŞƏ - FOTO
Bizi izləyin

Tarix

Dindar imperator və dövləti idarə edən FAHİŞƏ - FOTO

Bizans imperiyasının tarixi başgicəlləndirici hadisələrlə zəngindir - hakimiyyət zirvəsində kəndlilər də olub, dünənki əsgərlər də, hətta atlara baxan işçilər də.

Zadəganlıqla hərbi-demokratik cəmiyyətin tandemi dünyaya min ildən artıq mövcud olan unikal dövlətçilik sistemi bəxş etdi.

Publika.az tarixin bu günü - avqustun 2-si 527-ci ildə möhtəşəm Bizans imperatoru I Yustinianın imperiyanın taxtına çıxması ilə əlaqədar, özü və barəsində kitablar yazılan xanımı Feodora haqda məqaləni təqdim edir:

Святая Феодора на древней мозаике. / Фото: m.epochtimes.ru

Yustinian İlliriysk tayfasından sadə bir kəndlinin oğlu idi. Onun əmisi, Yustin adi əsgər idi və imperator Anastasiyin şəxsi etimadını qazanaraq karyeranın ən yüksək pillələrinə qalxa bilmişdi. Anastasiyin ölümündən sonra o, imperator taxtına çıxır. Bu arada, Yustinin vərəsələri olmadığı üçün o, qardaşı oğlunu əyalətdən paytaxta çağıırır. Beləliklə, Yustinian 25 yaşında Konstantinopola gəlir və Roma hüququnu, ilahiyyatını, fəlsəfəsini və ritorikasını öyrənməyə başlayır. Tədricən əmisi onu dövlət idarəetmə işlərinə cəlb etməyə başlayır, onu varis qismində yetişdirməyə çalışır.

Feodora Kiprdə sadə bir ailədə anadan olub. Onun atası heyvanxanada gözətçi işləyirdi. Erkən yaşlarından o, aktyor mühitində çox vaxt keçirir və 12 yaşından etibarən özü səhnədə yer alır. 15 yaşında çiçəklənir və qadın gözəlliyinin etalonuna çevrilir - "...qalın, sarışın olan saçların telləri titrəyirdi, tutqun sifətində gördüyüm al-qırmızı dodaqlar sanki alovlu maqnoliya idi, dəniz dalğası rəngində böyük gözləri isə sehrli nəğməyə bənzəyirdi", - o zamanın yazıçıları Feodoranı təsvir edir.

Святая чета на древней мозаике. / Фото: cryptohistory.info

Onun gözəlliyi bir çox kişinin diqqətini çəkir və Feodora məşhur kurtizankaya çevrilir. Müasirlərinin yazdıqlarına görə, onun məhəbbət əlaqələrinin sayı yüzlərlə ölçülür.

Onun məhəbbət acgözlüyü haqqında əfsanələr gəzirdi. O, Misirin İsgəndəriyyə şəhərinə gəlir və fahişəliklə həyatına davam edir. Məhz orada özünün dünyagörüşünü dəyişəcək monofizitizm (xristian cərəyan) təlimi ilə tanış olur. O, öz günahlarından tövbə edir və 24 yaşında Konstantinopola qayıdır. Burada sadə həyat tərzi keçirir, dindar həyat tərzi ilə qaynar gənclik günahlarını yumağa çalışır.

Древняя мозаика./фото: tamada-tost.ru

Yustinian və Feodoranın harada və necə tanış olması dəqiq məlum deyil. Birmənalı olan odur ki, o, gələcəyin imperatoruna unudulmaz təsir bağışlaya bilir. Onun qarmaqarışıq keçmişi və pis şöhrətinə baxmayaraq, Yustinian onunla evlənməyə qərar verir. O, bu yolda bütün maneələri adlaya bilir: mühafizəkar anasını razı salır, aristokratiya ilə aktrisaların nikahlarını rədd edən mövcud qanunvericiliyə dəyişiklik edilməsinə nail olur, paytaxtın ictimai rəyinu bu nikahı etiraf etməyə və onunla barışmağa məcbur edir. Əmisi Yustin ölümqabağı ər-arvada “Avqust” titulu verir, və onları rəsmi varisləri elan edir.

Beləliklə, həmin dövrün ən böyük dövlətlərindən birinin başına 527-ci ilin avqustun 2-də sadə kəndli oğlu və keçmiş əxlaqsız qadın gəlir.

Юстиниан, Феодора, Велизарий и Мунд. / Фото: http://strategwar.ru

Yustinianın böyük ambisiyaları vardı. Onun planları Roma imperiyasının keçmiş sərhədlərinin bərpası idi. O, bütün təşəbbüslərdə tarixin digər böyük simalarından üstün olmağa çalışırdı. Yustinian fəal xarici siyasət aparır - farslara qalib gələndən sonra Şərqdə imperiyanın sərhədlərini möhkəmləndirir, İspaniyanın bir hissəsini, Şimali Afrikanı öz torpaqlarına qatır, İtaliyada imperator hakimiyyətini bərpa edir. Onun hakimiyyəti zamanı limanların, şəhərlərin, qalaların fəal inşası aparılır. Müharibələrin aparılması və yeni mötəbər binaların tikintisi üçün Yustinian vergi yükünü artırır ki, bu da 532-ci ildə "Nika" adlı xalq üsyanına gətirib çıxarır.

Konstantinopolu xaos bürüyür, xalqın böyük əksəriyyəti hakimiyyətin dəyişdirilməsi tələbi ilə şəhər küçələrinə çıxır. Yustinian çaşbaş qalır, məyus olur və şəhərdən qaçmaq istəyir, lakin Feodora onu saxlayır.

Дела давно минувших дней. / Фото: cointalk.com

"Ən yaxşı kəfən - hökmdarın al qırmızı geyimidir!" - o, bu sözlərlə imperatoru kəskin hərəkətlərə sövq edə bilir. Üsyan hakimiyyətin sadiq qoşunlarının köməyilə amansızlıqla yatırılır, şəhər üzərində nəzarət tam bərpa edilir. Üsyan zamanı Müqəddəs Sofiya kilsəsi dağıdllmışdı, o, yenidən qurulur və 5 il sonra, 537-ci ildə istifadəyə verilir. Kilsə, Yustinianın fikrincə, imperiyanın əzəmətini təcəssüm etməli idi. Onun zənginliyi və gözəlliyi bugün də hər kəsi heyrətləndirir. Əfsanəyə görə, Yustinian möhtəşəm təmirdən sonra ilk dəfə kilsəyə daxil olanda "Solomon, mən səni ötüb keçdim!" fəxrlə deyir.

София константинопольская. / Фото: pobedpix.com

Yustinian heç vaxt gizlətmirdi, bəzən hətta xüsusi vurğulayırdı ki, onun bütün qərarlarını həyat yoldaşı ilə məsləhətləşmədən sonra verir. Feodora dövlət işində bir növ rəsmi müşavir idi. O, fəal diplomatik yazışmalar aparır, dövlət şuralarının iştirakçısı olur, məsul vəzifələrə kadr təyinatları onun razılığı olmadan qəbul olunmurdu. Məşhur "yustinian məcəlləsinin" tərtibi zamanı o, qadınlar üçün bir çox hüquq və azadlıqların təmin olunmasına nail olur. Qadınıara qarşı kişi özbaşınalıqlarını və şiddəti qanunla tənzimləyir. Onun dəstəyilə keçmiş kurtizankalar üçün qadın monastırı tikilir.

Feodora həm də dini siyasətə qarışır, monofizitizmin rəsmən tanınmasına nail olur. Cütlük öz həyat tərzləri ilə bir-birindən kəskin fərqlənirdilər. İmperator asketik həyat tərzinə üstünlük verirdi - tez-tez oruc tutur, çox işləyir, daim hərəkətdə və qayğılı həyat tərzi keçirirdi. Feodora üçün isə din simvolik xarakter daşıyırdı - zinət əşyalarına bürünməyi sevir, dəbdəbəli mərasimlərdə iştirak edir, gecə həyat tərzini sevirdi. Öz gözəlliyinə daim nəzarət edirdi və ölənə qədər onu qoruyub saxlaya bildi. İmperatriçə eyni zamanda düşmənlərinə qarşı kinli və qəddar idi - onun keçmiş həyatını qurdalayan bir çox bədxahlar ya zindanlara atılır, ya da muzdlu qatillərin əllərindən həlak olurdular.

Феодора (Маргарита Терехова) в фильме

Onlar bütün ziddiyyəti xarakterləri ilə ömrünün sonuna qədər bir-birinə qarşı öz hisslərini və sədaqətlərini qoruyub saxlaya bilirlər. Feodora, təxminən 548-ci ildə xərçəng xəstəliyindən ölür. Yustinian 17 il Feodorasız yaşayır və imperatorlara yad olan, ən dəhşətli məqam budur ki, təkrar evlənmir. O, ömrünün sonunadək Feodoranın məhəbbətini qəlbində yaşadır, vilayətlərə, şəhərlərə, məbədlərə onun adını verir. Onların uşaqları olmur və təəssüf ki, tarixə varis bəxş edə bilmirlər.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm