Tarix
Azərbaycanda qədim abidə aşkarlandı - FOTOLAR
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və Epiqrafika şöbəsinin müdiri, arxeoloq Akif Quliyevin rəhbəri olduğu Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim məscidin qalıqları aşkarlayıb.
Publika.az instituta istinadən xəbər verir ki, aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qaya və çay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən abidə uzun müddət nəzarətdən uzaq qalıb. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi qəbul edilib.
“Yerli sakinlərin yaşatdığı rəvayətə görə, bu qəbiristanlıqda Məhəmməd Peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari dəfn edilib. O, Məhəmməd Peyğəmbərin zamanında Şirvana gələrək islam dinini yaymış və öldükdən sonra burada, məscidin yanında dəfn edilib. Sonralar şeyxin qəbrinin ətrafında yerli sakinlər öz yaxınlarını dəfn edərək buranı qəbiristanlığa çeviriblər. Lakin bu rəvayət yerli əhali arasında mövcuddur”, – deyə Akif Quliyev bildirib.
Akif Quliyev qeyd edib ki, yazılı mənbələrə görə, Fələstinin Ləkhm tayfasının Bəni əl-Dar qəbiləsindən olan Təmim əl-Dari xristian rahibi olub. O, 628-ci ildə Məhəmməd Peyğəmbərlə görüşdükdən sonra islam dinini qəbul edib və Mədinədə məskunlaşıb. Peyğəmbərin vəfatından sonra, Raşidi xəlifələri (632-661-ci illər) dövründə Təmim əl-Dari Fələstində El-Xəlil (müasir Hevron), Beyt Eynun və ətraf ərazilərin hakimi təyin olunub. Şeyx 661-ci ildə Bayt-Cibrin (müasir Hevron yaxınlığında) vəfat etmiş və burada dəfn edilib. Onun tək günbəzli məqbərəsi günümüzə qədər orada mühafizə olunur.
Ekspedisiya rəhbərinin bildirdiyinə görə, mənbələrdə Şeyx Təmim əl-Darinin qədim Şirvanda olması haqqında məlumata rast gəlinmir: “Bizim ehtimalımıza görə, Qəleybuğurd qəbiristanlığında dəfn edilmiş övliya, Peyğəmbərin silahdaşı Təmim əl-Darinin adaşıdır. Ərazidə aparılacaq geniş arxeoloji tədqiqatlar məscid kompleksinin dövrünün təyin edilməsi və məzarın kimə məxsus olması məsələsinə aydınlıq gətirəcək”.
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə2 Oktyabr 13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama



































.jpg)

