Tarix
AMEA: 300-500 min il əvvəl Naxçıvanda...
Son illərdə Naxçıvan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazilərdə 300-500 min il bundan əvvəl ən qədim insanların məskən saldıqları təsdiqlənib.
Publika.az-ın məlumatına görə, bunu AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, Naxçıvan arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.
Onun sözlərinə görə, bu yaşayış məskənləri əsasən Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, eyni zamanda yaşı minilliklərlə ölçülən mağaralarda olub. Arxeoloji qazıntılar zamanı qədim yaşayış yerlərindən aşkar olunan əmək alətləri, maddi nümunələr ərazinin nəinki Azərbaycanın, hətta dünyanın ən qədim yaşayış yerlərindən biri olduğunu göstərir.
Qeyd edilib ki, bu il iyulun 1-dən qədim yaşayış məskənində arxeoloji qazıntılar aparılmağa başlanılıb. Burada tədqiqatların aparılması Cənubi Qafqaz və Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin aşkara çıxarılması və Naxçıvan tarixinin öyrənilməsi baxımından böyük rol oynayır. Tədqiqatlar zamanı torpaq laylarının altından yaşayış evlərinin qalıqları, obsidian parçaları, ocaq yerləri, boyalı basma naxışlı keramika nümunələri və müxtəlif əmək alətləri aşkar olunub.
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə2 Oktyabr 13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama



































.jpg)

