Tarix
Bayıl Qəsri yenə suyun üzünə çıxdı - VİDEO
Bakıda bayraq meydanının yaxınlığında bir müddətdir ki, yeni adacıq yaranıb. Quşların məskəninə çevrilən bu yaşıl ərazi necə olub ki, yaranıb?
Publika.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bir zamanlar Karvansaray, Müdafiə qalası və hətta Gömrükxana kimi istifadə edilən Bayıl Qəsri yenə suyun üzünə çıxıb. Buna səbəb Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsidir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin İnkişafı, Qorunması və Bərpası üzrə Dövlət xidmətinin mətbuat katibi Fariz Hüseynovun sözlərinə görə, həmin tarixi abidənin adı müxtəlif mənbələrdə "Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Gömrükxana" və s. kimi keçir. Abidə qorunan abidələr sırasına daxildir və zaman-zaman dənizin suyu azaldıqca üzə çıxır.
Bir neçə il əvvəl qalanın 3 D formalı maketi də hazırlanıb. Belə ki, tarixi planan əsasən qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi bürclə möhkəmləndirilb. Üstəlik qalanın quruya çıxan yoluda olub.
Fariz Hüseynovun sözlərinə görə gələcəkdə bu abidənin restavrasiya edilməsi üçün də işlər görüləcək. Çünki abidənin yerləşdiyi yer həm tursitlər, həm də yerli insanların buranı ziyarət etməsi üçün çox əlverişlidir.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















