Tarix
İrəvan azərbaycanlı diplomatla bağlı arxivləri açdı - FOTO
Ermənistan Milli Təhlükəsizlik Xidməti arxivlərinin bir hissəsini açıb.
Modern.az xəbər verir ki, 1918-1920-ci illərə aid arxiv sənədlərində Azərbaycan Xalq Cümhuriyyətinin İrəvandakı nümayəndəsi Məmməd xan Təkinski haqda maraqlı qeydlərə rast gəlinib. Çar ordusunun generalı Rəhim bəy Naxçıvanskinin Türkmənistana yürüşü zamanı övladlığa götürdüyü Məmməd bəy 1919-cu il yanvarın 29-dən həmin ilin oktyabrın 10-da qədər İrəvanda AXC-nin rəsmi nümayəndəsi olub.
Arxiv sənədlərindən aydın olur ki, Ermənistan ərazisində qurulmuş Ararat Respublikasının rəsmiləri bir-birilə yazışmalarda Məmməd xan Təkinski fəaliyyətini diqqətdə saxlayırdılar. O, fəaliyyətə başladığı gündən ermənilərin xüsusi müşahidəsi altında olub.
"Yerevana gəldiyi gündən türkyönümlü səfir Məmməd xan Təkinski nəzarətə götürülmüşdü. Onun məqsədi Ermənistandakı müsəlmanların ayağa qalxmasını təmin etmək və ordu haqqında ətraflı məlumat toplamaq idi”- deyə arxiv sənədlərində qeyd olunub.
Ermənilər diplomatik toxunulmazlıq statusu olan Təkəlinin ordu, hərbi-siyasi dairələr barədə gizli məlumatlar toplaya bildiyini, həmin vacib sənədlərin Bakıya göndərildiyini etiraf edirlər. Diplomatın ən böyük xidməti isə Şərur-Naxçıvan bölgəsinin Ermənistana birləşməsinin qarşısının alınması idi. Belə ki, yerli müsəlman əhali ilə sıx əlaqədə olan Məmməd bəy Təkəli onları müqavimət göstərməyə sövq edə bildi.
1919-cu il iyunun 7-də Məmməd xan Təkinski AXC xarici işlər naziri M.Cəfərova məktubunda yazırdı.
"Denikinin başçılıq etdiyi Könüllü Ordunun uğurlu irəliləyişi halında İrəvan Azərbaycan Xalq Cümhuriyyətinə qarşı düşmən mövqe tuta bilər. Ona görə də Şərur-Naxçıvan bölgəsində ermənilərə təhlükə yaratmalıyıq. tərəfimdən atılmış addımlar nəticəsində Şərur-Naxçıvan və Ordubad bölgəsi Milli Şuranın simasında birləşərək, mənimlə müntəzəm əlaqə yaradır”.
Məmməd xan Təkinskinin yazışmalarını oxuyan Ermənistan xüsusi xidmət orqanları bu barədə baş nazir Aleksandr Xatisova məlumat ötürürdülər.
Arxiv sənədləri rəsmi İrəvanın intriqaları nəticəsində 1919-cu ilin oktyabrında Məmməd xan Təkinskinin Yerevanı tərk etməyə məcur olduğu qeyd olunub.
Məmməd xan Təkinski Bakıya döndükdən sonra AXC hökumətində xarici işlər nazirinin müavini postunu tutur. 1920-ci ilinaprelində Qırmızı Ordu Bakını zəbt etdikdən sonra Məməd xan Təkinski siyasi səhnədən uzaqlaşır. O 1937-ci il repressiyaları zamanı güllələnmişdi.
-
İKT20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama



































.jpg)

