Tarix
Şəkidə antik dövrə aid abidələr aşkarlandı - FOTO
Şəkinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar tərəfindən qazıntılar aparılır.
"Report"un məlumatına görə, qazıntı işləri Təpə Başı adlanan ərazidə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik Dövr Arxeologiyası şöbəsi və Qazaxıstanın Berel Arxeoloji Qoruğu arasında imzalanan müqaviləyə əsasən həyata keçirilir.
Araşdırmalar antik dövrün izlərini üzə çıxarıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənovun sözlərinə görə, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərinə aiddir: "Ancaq keçid prosesində ərazidə yaşayan əhali dəyişməyib, sadəcə yeni mədəni dalğa özünü göstərib. Ərazidə 5 qəbir və 3 qurbangah aşkar edilib. Qəbirlərin müxtəlif dövrlərə aid olduğu ehtimal olunur".
Ərazidə dron vasitəsi ilə də çəkilişlər aparılır. Qazıntıların foto planları hazırlanır, 3D modeli yığılır. İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən və arxeoloq Nəsib Muxtarov tərəfindən yaradılmış "Əbədi süküt labirinti" muzeyində sərgilənəcək. Eksponatlar həmçinin yerli muzeylərə də təqdim olunub.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz


















.png)

















