Tarix
Ermənilər Şamaxıda kənd salıb? - Professor TARİXİ FAKTLARI AÇDI
İyunun 8-də Milli Məclisin Toponomiya Komissiyasının iclasında Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı təklifə baxılacaq. Səbəb kimi isə adın erməni mənşəli olduğu iddia edilib.
Publika.az xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məsələyə etirazını bildirərək, mövqeyini belə ifadə edib: “Mənim “Saqiyan” adının dəyişdirilib “Günəşli” olmasına münasibətim birmənalı mənfidir. Bir şirvanlı kimi etiraz edirəm. Saqiyan adı dəyişdirilə bilməz. Ona görə ki, bu dəyişdirmə prosesi ermənilərin qarşısında geri çəkilmədir. Həmçinin, bu, həmin torpaqların ermənilərə aid olmasını qəbullanmadır. Bura Şirvandır, Şamaxıdır. Bura tarixi məkandır və heç bir ad öz-özünə yaranmayıb. Saqiyan adı iki məqamdan şirvanidir, türkidir.

Birincisi, Saqiyan-Saqilər sufizmə işarədir. Yəni Şirvanın sufi köklərini göstərir. İkincisi isə Saqi sözünün yaranması saklarla bağlıdır. Sak daş heykəllərinin Altaydan Avropaya qədər əllərində badə var. Saqi kəlməsi Saki-saklardan gəlmədir. Bizim türk kökümüzə işarədir”.
Tarixçi bildirib ki, Saqiyan bölgəsinə ermənilərin gəlməsi Şirvanşahların süqutundan sonra Şah Abbas Səfəvinin islahatlar dövrünə aiddir: “Ondan öncə Saqiyan torpaqlarında ermənilər yaşamırdılar. Yəni Saqiyan adı ermənilərin bölgəyə gəlməsindən əvvələ aiddir, tarixidir və qədim kökləri var. Ona görə də Saqiyan adı dəyişdirilə bilməz”.
Qeyd edək ki, Feysbuk sosial şəbəkəsində 40 min izləyicisi olan “Şamaxı” səhifəsi Saqiyan adının dəyişdirilməməsi üçün imzatoplama kampaniyasına start verib.
Məhərrəm
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















