Tarix
Şəkidə yeni qədim abidə aşkarlandı - FOTO
Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyasının Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində apardığı arxeoloji qazıntılar nəticəsində yeni abidə aşkar edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Publika.az-a verilən məlumata görə, bu il tədqiqatı başlamış 4 saylı qazıntı sahəsində bölgə üçün yenilik olan unikal tapıntı üzə çıxıb. Belə ki, 1984-cü ildən tədqiqat işləri aparılan və bu vaxta qədər nekropol olaraq bilinən Təpəbaşı abidəsinin 2020-ci il arxeoloji tədqiqatlarında ilk dəfə olaraq yaşayış yerinin təsərrüfat tikililəri aşkar edildi. Bunlar antik dövrə aid keramika sobaları və ona aid yardımçı təsərrüfat qurğularıdır. Bütövlükdə abidədə bir keramika sobası və səkkiz təsərrüfat quyusu müəyyən olundu.
1 və 2 saylı qazıntı sahələrində bu il aparılmış qazıntılar nəticəsində antik dövrün müxtəlif mərhələlərinə aid 4 qəbir aşkar edilib. Qəbirlərdən xeyli sayda antik dövrə aid maddi-mədəniyyət nümunələri – saxsı qablar, tunc əşyalar, dəmir silahlar, pasta muncuqlar və s., həmçinin, insan və heyvan qalıqları əldə olundu.
Qazıntı işləri dronla aparılmış aerofotoçəkiliş vasitəsilə sənədləşmiş, əldə olunan materiallar yerindəcə qorunub bərpa edilərək, ilkin çöl şəraitində inventar siyahısına alınmışdır.
Bu il Şəkidə aparılan arxeoloji tədqiqatlara qazaxıstanlı arxeoloqlar mövcud pandemiya səbəbindən qatıla bilmədilər. Buna baxmayaraq, bu ilki qazıntı materiallarının elmi təhlilində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar müştərək fəaliyyət göstərəcəklər. Arxeoloji tədqiqatlar 2021-ci ildə də davam etdiriləcək.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO


















.png)

















