Azərbaycanlı jurnalist UNESCO-ya açıq məktub YAZDI
Bizi izləyin

Tarix

Azərbaycanlı jurnalist UNESCO-ya açıq məktub YAZDI

UNESCO, United Nations Alliance of Civilizations (UNAOC), Amnesty International USA, Office of the UN High Commissioner for Refugees, United States Environmental Protection Agency təşkilatlarına

Aida Eyvazova Məmmədşah qızından (jurnalist Aida Eyvazlı GÖYTÜRK)

AÇIQ MƏKTUB!

Biz tarixi torpaqlarımızı hərb və sülh yolu ilə işğaldan azad etdik. Biz Azərbaycan Dövləti və azərbaycanlılar olaraq, müasir dünyada yeni bir savaş tarixi yazdıq. Biz azad edilmiş torpaqlarımıza qədəm qoyanda oraları xarabazar gördük. Erməni terrorçuları qədim Azərbaycan torpaqları olan Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri məhv ediblər.

O torpaqlar, o yurdlar dünyanın yaranışından bizim əcdadlarımıza aid olub. Onlardan bəzilərini diqqətinizə çatdırıram:

1.Füzulidə Azıx mağaraı Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunub. Mağaradakı qədim nümunələr satılıb, yoxa çıxıb. Onu da talan ediblər.

2. Şuşada Xurşidbanu Natəvanın qəbrini yerlə yeksan ediblər. Xurşudbanu Natəvan Qarabağ xanlıqlarınınsоnuncu vərəsəsi XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi idi.

3. Ağdamşəhərində yerləşən və birinci Qarabağ xanıPənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsidir.

4. Ağdam və digər işğaldan azad edilmiş rayonlarımızda türk və müsəlmanların ibadət edə bilməsi üçün bir dənə də olsun məscid tapmadıq. Məscidlər ya yer üzündən silinib, qalan məscid qalıqlarının içərisində isə donuz saxlayırdılar.

Bu siyahını uzatmaq da olar. Lakin hər şey göz qabağındadır.

İndi bir sual edirəm? Niyə bəs dünyanın Avropa tərəfi, Xristian ölkələri və onların tanınmış nümayəndələri , dəfələrlə işğalda olan Azərbaycan torpaqlarına səfər edən ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar, bir dəfə də olsun, erməni işğalçıları və terrorçularına demədiniz ki, bu mədəniyyət abidələrini niyə belə məhv etmisiniz?! Azərbaycan məscidlərində niyə donuz saxlayırsınız?

Bir də soruşuram niyə? Nədən müsəlman və türk abidəsi görəndə hansısa gözəgörünməz qüvvə gözlərinizi bağlayır? Azərbayvcanda qədim albanlar, qədim türklər və ümumiyyətlə bir çox xalqlar və tayfalar yaşayaraq millətə çevriliblər. Bu yerlərin Azərbaycana aid olmasını isə dünyanın qədim tarixçiləri Platondan tutmuş Musa Kalankatuliyə qədər yazıblar. Onu tarixçilərdən soruşun. Bir həqiqət var ki, kökü türk olan azərbaycanlılar harada olublarsa dünyanın bütün mədəniyyətlərini qoruyub saxlayıbvə bütün mədəniyyətlərin öz ərazilərində inkişaf etməsi üçün şərait yaradıblar. Bu böyüklüyün adı ƏDALƏTdir!

Bosniyanın Avropanın daxilində olan tarixinə və illərinə baxın. Orada Osmanlı İmperiyası zamanında tikilən maddi-mədəniyyət abidələri bu gün də dünyanı mat qoyublar.

Elə bu arada, Kəlbəcərdəki Dədəvəng, Xudavəng- deyilən alban monastrından danışmaq istəyirəm. Bu monastrın tarixi erkən tikilisi VIII-IX əsrlərə aid edilir. Həmin dövrdə bu cənnət yurdumuza öz dinlərini yaymaq üçün həvarilər gəlirdi. O həvarilərdən biri Dadi burada ölür və hörmətlə dəfn edilir. Bir neçə əsr keçəndən sonra 1214-cü ildə alban mənşəli Xaçın knyazı Vaxtanqın qızı Arzu həmin məzarın üzərində Arzu xatın kilsəsini tikir. Zaman keçir, dövr dəyişir. Əgər bu məkan etmənilərin olsaydı, son 200 ildə Kəlbəcər işğal olunana qədər, həmin məbədin yanında bir erməni yaşayardı. Axı Dədəvəngin aid olduğu ərazidə zaman –zaman azərbaycanlılar, türklər və kürdlər yaşayıb. Yerli əhalinin Üç Kilsə adlandırdığı bu memarlıq abidəsini arxeoloqlar araşdırsalar, sovet dövründə ermənilərin orada gizlincə xaç işarəsini dəyişdirdiklərini görərlər. Bu tarixi isbat etmək üçün yazılı mənbələr çoxdur. Hətta 1941-1945-ci ildə də Kəlbəcər və Laçından Böyük Vətən müharibəsinə bir nəfər də olsun erməni soyadlı adam getməyib, nə də həmin ərazilərdə erməni soyadında veteran yaşamayıb. Buna baxmayaraq, ötən yüzillər ərzində biz o kilsəni dünya mədəniyyət abidəsi kimi qoruyub saxlamışıq, ermənilərin Laçında, Kəlbəcərdə, Ağdamda yox etdikləri Azərbaycan məscidləri kimi yer üzündən silməmişik.

Buna misal olaraq, Bakının mərkəzindəki Erməni Qriqoryan kilsəsini göstərə bilərik. Bu kilsə həm də kitabxana kimi fəaliyyət göstərir.

Dünyaya səs salmısınız, haray çəkirsiniz ki UNESCO Dədəvəng kilsəsindən narahatdır?! Soruşmaq istəyirəm: Niyə? Nədən?

Azərbaycanda 100 illərdir ki, qədim tük və alban abidələri göz bəbəyimiz kimi qorunub saxlanır. Çünki biz mədəniyyətlər quran və yaradan xalq və millətik.

Belə bir xəbər yayılıb ki, UNESKO gəlib Dədəvəng kilsəsinə baxacaq. Bu xəbər məni sevindirir. Tez gəlməyinizi istəyirəm.

Mən UNESCOdan bizim qədim Kəlbəcərə, Laçına, Ağdama səfər edərkən faktaraşdırma komissiyası ilə birgə gəlməsini və komissiyanın tərkibinə erməni nümayəndəsinin də əlavə edilməsini istəyirəm. İstəyirəm ki, ermənilərin də dağıtdığı, yer üzündən sildiyi abidələrimizin viran qalmış yerlərini, donuz bağlanmış məscidləri, xan qızı Xurşudbanu Natəvanın, Pənahəli xanın saraylarını və məzarlarını necə xarabazara çevrildiyini də birlikdə görəsiniz. Görəcəksiniz ki, işğal olunmuş rayonlarımızın yeraltı və yerüstü sərvətlərini talayan ermənilər, oralarda 200-300 ağac əkməyib, əksinə bütün canlı təbiəti məhv ediblər.

Və soruşuram ki, UNESKO və digər Beynəlxalq təşkilatlar Azərbaycanın işğaldan azad olan doğma və tarixi torpaqlarındakı vəhşilik və vandalizmi görəndən sonra erməni terroristlərinə hansı cəzanı verəcək? Bizim yandırılımış, yer üzündən silinmiş tarixi və maddi mədəniyyət abidələrimizi dağıtdığı üçün onlardan təzminatı istəyəcəkmi? Erməni vandalları tərəfindən dağıdılmış Xan qızı Natəvanın, Pənahəlin xanın məzarının və saraylarının cavabını kim verəcək? O qədim daşları kim qaytarıb yerinə qoyacaq? Ermənilər qədim tarixləri silib, qəbristanlıqlarımızı məhv ediblər.

UNESKO, UNAOC və digər beynəlxalaq təşkilatlar! Noyabrın 10-da Kəlbəcərdən, Ağdam və Laçından çıxmalı olan ermənilər oradakı bizim evləri, meşələri də yandırdılar. Bəs bunun cavabını kimdən soracaqsınız? Erməni xislətini görmək üçün sizə daha hansı faktlar lazımdır? Başqa nə göstərək?

Bilirsiniz niyə? Çünki bu yerlər heç vaxt onların vətəni olmayıb. İnsan öz vətənini abadlaşdırar, qurub yaradar, yandırıb-talan etməz.

Və yaxud da ki, bizim qoruyub saxladığımız məbəd və kilsələrə görə bizə hansı iradı edəcəksiniz? Ona görə də xatırlatmaq istəyirəm ki, hər zaman bizim olan Dədəvəngdən arxayın olun. UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu təşklata təqdim etdiyi layihələrlə rəngarəng və zəngindir. Azərbaycan uzun illər ki, İtaliya, Fransa, Avropa və Asiya ölkələrindəki Kattakombalar , Luvr arxivlərinin təmirində , maddi mədəniyyət abidələrinin qoruynmasında yaxından iştirak edib. Ona görə də bizim arqumentlərimiz doğrudur. Sadəcə bunu Siz- Beynəlxalq təşkilatlar nədən görməzdən gəlirsiniz?! Bax, bir insan kimi, bir ana kimi, bir şair, ömrünün 30 ilini erməni terrorçuların açdığı atəşlərdən həyatını itirən şəhidlərin barəsində kitablar yazan bir juranlist kimi Sizdən rica edirəm: “ Nə olur, heç olmasa bir dəfə bizim də həqiqətlərimizə Xristian dünyasına baxdığınız pəncərədən baxın. Ayrı-seçkilik etməyin!

Hörmətlə: Jurnalist Aida Eyvazlı Göytürk (Aida Eyvazova)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm