Rusiya ABŞ-a cavab hazırlayır – QANUN LAYİHƏSİ
Bizi izləyin

MDB

Rusiya ABŞ-a cavab hazırlayır – QANUN LAYİHƏSİ

Rusiya Dövlət Dumasına ABŞ-a və başqa dövlətlərə qarşı cavab sanksiyaları haqqında qanun layihəsi daxil olub.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin jurnalistlərə bildirib.

Dövlət dumasının sədrinin sözlərinə görə, qanun layihəsini özü və dörd parlament fraksiyası – “Vahid Rusiya”, Rusiya Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və “Ədalətli Rusiya” partiyalarının liderləri təqdim edib.

Qanun layihəsinə parlamentin aşağı palatasının ən yaxın iclasında baxılacaq.

Daha əvvəl baş nazir Dmitri Medvedev Amerika sanksiyalarına mümkün cavaba işarə vurub.

Qeyd edək ki, ABŞ-ın Rusiya barəsində yeni sanksiyaları aprelin 6-də tətbiq edilib. Siyahıya 26 fiziki və 15 hüquqi şəxs salınıb. Bundan sonra investorlar Rusiya aktivlərini satmağa başlayıblar. Bu, aprelin 9-da Rusiyada “qara bazar”la nəticələnib və 2014-cü ildən bu yana Moskva birjasının indeksi ən ciddi itkilərlə üzləşib. Həmçinin bir neçə gün boyunca rubl dollar və avro qarşısınında dəyərini itiriməkdə davam edib. Nəticədə, Rusiyanın ən zəngin insanları təxminən 16 milyard dollar itiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm