İşinin ağırlığından gileylənən Peskov: "Arvadım bığımdan tük qopardıb, arzu tutur..."
Bizi izləyin

MDB

İşinin ağırlığından gileylənən Peskov: "Arvadım bığımdan tük qopardıb, arzu tutur..."

Kremlin mətbuat katibi Dmitri Peskov ölkəsinin NTV kanalında yayımlanan bir yumor verilişinə qatılıb.

Publika.az xəbər verir ki, sözçü həyat yoldaşı Tatyana Navka ilə Rusiya prezidenti Vladimir Putinin sözçülüyünü etməyin çətin və ağır iş olduğunu bildirib.

Fikirlərini komik şəkildə dilə gətirən Peskov tez-tez xarici səyahətlər həyata keçirdiyi üçün özəl həyatına vaxt ayıra bilmədiyini deyib:

“Həyat yoldaşımla həmişə olduğu kimi nadirən görüşürük. Bəlkə elə buna görə duyğularımızda soyuma olmur”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Putin arasında son zamanlarda ard-arda baş tutan görüşlərdə iştirak edən Peskov həyat yoldaşı ilə də Ərdoğanla görüşdüyü qədər görüşdüyünü dilə gətirib.

Zarafatlarına davam edən aparıcı Peskova bığından tük qopararaq arzu tutub-tutmadığı sualını verib. Sözçü isə öz növbəsində bu ritualı arvadının həyata keçirdiyini və arzularının hər zaman gerçəkləşdiyini əlavə edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm