Bir-iki il ərzində ölkənin 6 vilayəti... - Rusiya qorxunc planı DİRİLDİR
Bizi izləyin

MDB

Bir-iki il ərzində ölkənin 6 vilayəti... - Rusiya qorxunc planı DİRİLDİR

“Kreml Ukraynanın bölünməsini nəzərdə tutan “Novorossiya” planında müvəffəqiyyətsizliyə uğrayıb. Plan təxirə salınıb, amma Rusiya istənilən əlverişli anda ona yenidən qayıtmağa hazırdır”.

Publika.az xəbər verir ki, bu haqda “ObozTV”nin efirində Ukraynanın Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin sabiq rəhbəri, general-mayor Vasiliy Vovk bildirib.

“Biz anlamalıyıq ki, Odessa sakinlərinin vətənpərvərlik mövqeyi sayəsində vilayəti “Odessa Xalq Respublikası”ndan xilas etdik. Həmçinin Xarkov, Herson və digərlərini xilas etdik. Amma orada ruspərəst və ukraynafob insanlar qalır. Onlar heç yerə yox olmayıblar”, - general qeyd edib.

Onun sözlərinə görə, Rusiya Xarkov, Donetsk, Luqansk, Herson, Nikolay və Odessa vilayətlərində “Novorossiya”nın yaradılması planını həyata keçirmək əlverişli an gözləyir: “Biz çox ehtiyatlı olmalıyıq. Belə şərait istənilən vaxt yarana bilər. Yaxın vaxtlarda, belə bir imkan yoxdur, amma bunun bir, yaxud da iki il sonra baş verəcəyini istisna etmək olmaz”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm